Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanın Ukraynada sınaq poliqonunu vurması nəticəsində 80-dən çox döyüşçü öldürülüb

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
İqor Konaşenkov Rusiya Silahlı Qüvvələrinin Kiyev yaxınlığında Ukrayna ordusunun komanda məntəqəsinə nəzarəti ələ keçirdiyini deyib.
BAKI, 21 mart - Sputnik. Rusiyanın qanadlı raketlərinin Ukraynanın Rovenskaya vilayətindəki sınaq poliqonunu vurması nəticəsində 80-dən çox əcnəbi muzdlu və döyüşçü öldürülüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
"Martın 21-nə keçən gecə yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlər Rovenskaya vilayətindəki “Novaya Lubomirka” birləşmiş silahlar poliqonunda xarici muzdluların və Ukrayna millətçi birləşmələrinin təlim mərkəzinə zərbələr endirib. Selets kəndi yaxınlığındakı sursat anbarı və mexanikləşdirilmiş briqadanın qərargahı da atəşə tutulub", - deyə Rusiya MN sözçüsü vurğulayıb.
İqor Konaşenkov Rusiya Silahlı Qüvvələrinin Kiyev yaxınlığında Ukrayna ordusunun komanda məntəqəsinə nəzarəti ələ keçirdiyini də söyləyib:
"Kiyevətrafı Nikolaevka kəndində rus hərbçiləri Ukrayna silahlı qüvvələrinin mühafizə olunan komanda məntəqəsinə nəzarəti ələ keçiriblər. Komanda məntəqəsinin 61 ukraynalı hərbçisi təslim olub, onların yarıdan çoxu Ukrayna silahlı qüvvələrinin yüksək rütbəli zabitləridir”.
***
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun verdiyi məlumata görə, ötən gecə Rusiya aviasiyası 4 komanda məntəqəsi, 6 Buk M-1 kompleksi və 4 silah anbarı da daxil olmaqla Ukraynanın 44 hərbi obyektini vurub.
"Ötən gecə ərzində operativ-taktiki və hərbi aviasiya Ukraynanın 44 hərbi obyektinə zərbələr endirib. Onların arasında dörd komanda məntəqəsi, Nalivaykovka və Zoloçeva yaşayış məntəqələri ərazilərində iki reaktiv yaylım atəşi sistemi qurğusu, altı Buk M-1 zenit-raket kompleksi, aviasiya-raket kompleksləri, Vışqorod vilayətində üç “Msta-B” artilleriya qurğusu, dörd raket və artilleriya silahı və sursat anbarı, həmçinin hərbi texnikanın toplandığı 23 yer var”, - deyə o, bildirib.
Konaşenkovun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Çernobaevka və Tsirkuni yaşayış məntəqələri üzərində havada daha iki Ukrayna pilotsuz uçuş aparatını vurub:
"Xüsusi əməliyyat başlayandan indiyədək Ukraynanın 216 pilotsuz uçuş aparatı, 180 zenit-raket kompleksi, 1506 tank və digər zirehli döyüş texnikası, 152 reaktiv yaylım atəşi sistemi, 592 səhra artilleriya qurğusu və minaatan, 1284 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0