Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İlham Əliyev Çinin sədrinə təyyarə qəzası ilə bağlı başsağlığı verib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib
İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
China Eastern" şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayarkən onun göyərtəsində 132 nəfər olub.
BAKI, 21 mart - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Çin Xal Respublikasının sədri Si Cinpinə sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

“Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə ölkə başçısının başsağlığı məktubunda qeyd edilir.
***
Bu gün səhər saatlarında "China Eastern" aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Çinin cənubunda qəzaya uğrayıb. Dövlət televiziyası bildirib ki, ölənlər barədə hələ məlumat verilməyib.
Təyyarə Kunminqdən Quançjou istiqamətində daxili uçuş həyata keçirirdi. Təyyarədə 132 sərnişin olub.
Çin Aviasiya Administrasiyası "China Eastern" şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsinin qəzaya uğraması barədə məlumatı təsdiqləyib.

Təyyarədə ümumilikdə 132 nəfər - 123 sərnişin və 9 ekipaj üzvü olub.
Sosial şəbəkələrdə Çin aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğradıqdan sonrakı görüntüləri peyda olub.

Görüntülərdə, təyyarənin dağlıq əraziyə düşdüyünü müşahidə etmək olar.
Qəzanın baş verdiyi ərazidə dərhal meşə yanğını başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0