SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov nazirlərlə Bakı və Yerevan arasında sülh müqaviləsinin bağlanmasını müzakirə edib

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Rusiyanın xarici işlər naziri azərbaycanlı və erməni həmkarları ilə telefon danışığında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması məsələsindəki problemli məqamları müzakirə edib.
BAKI, 21 mart - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında aparılan telefon danışığı zamanı Cənubi Qafqaz regionundakı vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası müzakirə edilib.
Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilir ki, Azərbaycan və Rusiya Federasiyasının xarici işlər nazirləri Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi də aparıblar.

İkitərəfli əlaqələr, o cümlədən İlham Əliyev və Vladimir Putin tərəfindən imzalanmış "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin müddəalarının həyata keçirilməsi məsələləri müzakirə edilib.

Nazirlər “3+3” regional platformasının gələcək işi üzrə vacib məqamları da razılaşdırıblar.
Sergey Lavrov bu gün ermənistanlı həmkarı Ararat Mirzoyanla da danışıb.
Rusiyanın xarici işlər naziri azərbaycanlı və erməni həmkarları ilə telefon danışığında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması məsələsindəki problemli məqamları müzakirə edib.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 21 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı nazirlər, Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0