https://sputnik.az/20220321/gencede-zorlanan-azyasli-qiz-bakida-mualice-olunur-440347985.html
Gəncədə zorlanan azyaşlı qız Bakıda müalicə olunur
Gəncədə zorlanan azyaşlı qız Bakıda müalicə olunur
Sputnik Azərbaycan
Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalması məsələsi Ombudsman və Gəncə... 21.03.2022, Sputnik Azərbaycan
2022-03-21T12:30+0400
2022-03-21T12:30+0400
2022-03-21T12:30+0400
bakı
cəmiyyət
zorlanma
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1b/426558814_27:0:989:541_1920x0_80_0_0_e71e3f6ba6aad94fbdf9b703357f5202.jpg
BAKI, 21 mart — Sputnik. Gəncədə zorlanan azyaşlı qız müalicə almaq üçün Bakıya göndərilib. Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciət daxil olub. Bunun ardından Ombudsman Gəncə Şəhər Prokurorluğuna sorğu göndərərək bu məsələni nəzarətə almağı tövsiyə edib. Bundan sonra məsələ dərhal Prokurorluğun nəzarətinə götürülüb.Ombudsman Aparatından Sputnik Azərbaycan-a verilən xəbərə görə, yeniyetmənin ailə üzvləri qızın müalicəsinin Bakıda davam etdirilməsi üçün yenidən müraciət ediblər. Hazırda, zərərçəkmişin müalicəsi Bakıda davam etdirilir. Aparatın əməkdaşları yeniyetmənin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumunu nəzarətdə saxlayırlar. Ombudsman Aparatının nümayəndəsi bu barədə bildirib.Xatırladaq ki, cinsi təcavüzə məruz qalan qız 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir.Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılır və zərərçəkmişə zəruri dəstəyin göstəriləcəyi bildirilir.62 yaşlı qonşusu tərəfindən zorlanan azyaşlı hamiləliyini 28-ci həftədə dayandırıb. Anasının sözlərinə görə, yeniyetmənin vəziyyəti getdikcə pisləşir. Ana qızının psixoloji xəstəxanada müalicə almasını tələb edir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1b/426558814_147:0:868:541_1920x0_80_0_0_f9e7c48acc10c0e5dd6a4c1d10f1abae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, zorlanma
Gəncədə zorlanan azyaşlı qız Bakıda müalicə olunur
Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalması məsələsi Ombudsman və Gəncə Şəhər Prokurorluğu tərəfindən dərhal nəzarətə götürülüb.
BAKI, 21 mart — Sputnik. Gəncədə zorlanan azyaşlı qız müalicə almaq üçün Bakıya göndərilib.
Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciət daxil olub.
Bunun ardından Ombudsman Gəncə Şəhər Prokurorluğuna sorğu göndərərək bu məsələni nəzarətə almağı tövsiyə edib. Bundan sonra məsələ dərhal Prokurorluğun nəzarətinə götürülüb.
Ombudsman Aparatından Sputnik Azərbaycan-a verilən xəbərə görə, yeniyetmənin ailə üzvləri qızın müalicəsinin Bakıda davam etdirilməsi üçün yenidən müraciət ediblər.
Hazırda, zərərçəkmişin müalicəsi Bakıda davam etdirilir. Aparatın əməkdaşları yeniyetmənin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumunu nəzarətdə saxlayırlar. Ombudsman Aparatının nümayəndəsi bu barədə bildirib.
Xatırladaq ki, cinsi təcavüzə məruz qalan qız 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir.
Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılır və zərərçəkmişə zəruri dəstəyin göstəriləcəyi bildirilir.
62 yaşlı qonşusu tərəfindən zorlanan azyaşlı hamiləliyini 28-ci həftədə dayandırıb.
Anasının sözlərinə görə, yeniyetmənin vəziyyəti getdikcə pisləşir. Ana qızının psixoloji xəstəxanada müalicə almasını tələb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.