https://sputnik.az/20220321/cenub-bolgesinde-felaket-davam-edir-evler-teserrufatlar-heyvanlar-sulara-qerq-olub--440359913.html
Cənub bölgəsində fəlakət davam edir: evlər, təsərrüfatlar, heyvanlar sulara qərq olub
Cənub bölgəsində fəlakət davam edir: evlər, təsərrüfatlar, heyvanlar sulara qərq olub
Sputnik Azərbaycan
Masallı rayonunda, eləcə də Boradigah, Xıl, Təzə Alvadı, Təklə, Xırmandalı, Ərkivan qəsəbələrində minlərlə ev su altında qalıb. 21.03.2022, Sputnik Azərbaycan
2022-03-21T19:15+0400
2022-03-21T19:15+0400
2022-03-21T19:15+0400
hadisə
təbii fəlakət
masallı
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440358644_0:51:1000:614_1920x0_80_0_0_5e9f8d15872c2b2f24b3adc4e523cb9e.jpg
BAKI, 21 mart - Sputnik. Son günlər Cənub zonasına yağan leysan yağışları nəticəsində Masallı rayonunun bir neçə kəndlərini su basıb.Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi xəbərə görə, ötən gecə saatlarında Təklə və Xırmandalı kəndlərinin ərazisində artan sel suları qısa müddətdə 1 metrə qədər yüksəlib.Təbii fəlakət ərazidə yaşayan ailələr üçün ciddi fəsadlar törədib. Xırmandalı kənd sakini Raisə Yusifova gecə vəziyyətin çox pis olduğunu bildirib:“Su ayağımızdakı çəkmədən yuxarı qalxmışdı. Yaxşı ki, rayon rəhbərliyi köməklik göstərdi. Xilasedicilər gəldilər, sulara yol açdılar, köməklik elədilər. Ekskavator gətirdilər, o, kanalları açdı. Sular kanallara dolandan sonra qismən çəkildi. Baxın, gorürsüz hara qədər qalxmışdı", - deyə kənd sakini divarlardakı su izini göstərib.Onun sözlərinə görə, divar dörd daş üstə tikilib. Su isə ondan yüksəyə qalxaraq evi, həyətdəki tövləni basıb.Kəndin digər sakini Töhvə Quliyeva isə deyir ki, bir neçə gündür səhəri bu cür qorxu ilə açırlar:“Dörd gündür, su səhərə qədər bura belə axır. Evdə paltar qalmayıb, corab yoxdur, hamısı islanıb. Suyun qarşısını almaq üçün bənd basılıb. Bir “Kamaz” dolusu torpaq oraya gedib. Kənd icra nümayəndəsi ekskavator göndərəndən sonra sulara yol açıldı və çəkildi. Heyvanlarımız tövlədən bayıra çıxa bilmir". Töhfə Quliyevanın əkdiyi badımcan bostanı da suyun altında qalıb.Təklə kəndində isə ən çox ziyan çəkənlərdən biri Gülnənə Abbasovadır:“Mənim təsərrüfatıma dəyən ziyanı özünüz hesablayın. 150 ədəd cücə, 1 ədəd dana boğulub. İnəklərimi Təkləyə qardaşımgilə göndərmişəm. Nə toyuq-cücəmiz vardı, hamısını su aparıb. Qarajdakı 30-40 kisə yem də islanaraq sıradan çıxıb".Gülnənə xanımın evindəki soyuducu su ilə dolaraq sıradan çıxıb, həyətdəki su nasosu yarıtmaz vəziyyətə düşüb.Masallı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Əbülfəz Nuriyev Sputnik Azərbaycan-a bildirib ki, Masallının 20-ə yaxın kəndində subasma qeydə alınıb."Bir neçə gündür Cənub bölgəsində aramsız yağışlar yağır və bu, Masallı rayonundan da yan keçməyib. Xüsusilə rayonun Boradigah, Xıl, Təzə Alvadı, Təklə, Xırmandalı, Ərkivan qəsəbə ərazilərdində, o cümlədən Masallı şəhərində də qismən fəsadlar törədib. Təxminən Masallı rayon mərkəzində 950-ə yaxın evə, kəndlərdəki 2001 evə subasma nəticəsində ziyan dəyib".Bütün bu çətinliklərə baxmayaraq, Masallı Rayonu İcra Hakimiyyətində yaradılmış qərargah və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən görülmüş tədbirlər nəticəsində bu təbii fəalkətin qarşısı qismən alınıb."Bəndlər bərkidilib, hazırda suyun səviyyəsi demək olar ki, bütün kəndlərdə aşağı düşüb. Yaradılmış qərargah daim baş verə biləcək hadisələrə hazır vəziyyətə gətirilib. Bütün rayonda texnikalar bu işə cəlb olunub. Heç bir kənd diqqətdən kənarda qalmayıb, bəzi su basmış ərazilərdəki sakinlər qohumlarının yanına və digər yerlərə köçürülüblər", - deyə Nuriyev bildirib.Qeyd edək ki, hal-hazırda bölgədə yağışlı hava şəraiti davam etməkdədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220321/masalli-celilabad-ve-fuzulinin-su-basmis-kendlerinin-ehalisi-texliye-edilir---fhn-440348720.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440358644_57:0:944:665_1920x0_80_0_0_0aa6c1ed006289a790c0a592bde6ffc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
təbii fəlakət, masallı
Cənub bölgəsində fəlakət davam edir: evlər, təsərrüfatlar, heyvanlar sulara qərq olub
Masallı rayonunda, eləcə də Boradigah, Xıl, Təzə Alvadı, Təklə, Xırmandalı, Ərkivan qəsəbələrində minlərlə ev su altında qalıb.
BAKI, 21 mart - Sputnik. Son günlər Cənub zonasına yağan leysan yağışları nəticəsində Masallı rayonunun bir neçə kəndlərini su basıb.
Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi xəbərə görə, ötən gecə saatlarında Təklə və Xırmandalı kəndlərinin ərazisində artan sel suları qısa müddətdə 1 metrə qədər yüksəlib.
Təbii fəlakət ərazidə yaşayan ailələr üçün ciddi fəsadlar törədib. Xırmandalı kənd sakini Raisə Yusifova gecə vəziyyətin çox pis olduğunu bildirib:
“Su ayağımızdakı çəkmədən yuxarı qalxmışdı. Yaxşı ki, rayon rəhbərliyi köməklik göstərdi. Xilasedicilər gəldilər, sulara yol açdılar, köməklik elədilər. Ekskavator gətirdilər, o, kanalları açdı. Sular kanallara dolandan sonra qismən çəkildi. Baxın, gorürsüz hara qədər qalxmışdı", - deyə kənd sakini divarlardakı su izini göstərib.
Onun sözlərinə görə, divar dörd daş üstə tikilib. Su isə ondan yüksəyə qalxaraq evi, həyətdəki tövləni basıb.
Kəndin digər sakini Töhvə Quliyeva isə deyir ki, bir neçə gündür səhəri bu cür qorxu ilə açırlar:
“Dörd gündür, su səhərə qədər bura belə axır. Evdə paltar qalmayıb, corab yoxdur, hamısı islanıb. Suyun qarşısını almaq üçün bənd basılıb. Bir “Kamaz” dolusu torpaq oraya gedib. Kənd icra nümayəndəsi ekskavator göndərəndən sonra sulara yol açıldı və çəkildi. Heyvanlarımız tövlədən bayıra çıxa bilmir". Töhfə Quliyevanın əkdiyi badımcan bostanı da suyun altında qalıb.
Təklə kəndində isə ən çox ziyan çəkənlərdən biri Gülnənə Abbasovadır:
“Mənim təsərrüfatıma dəyən ziyanı özünüz hesablayın. 150 ədəd cücə, 1 ədəd dana boğulub. İnəklərimi Təkləyə qardaşımgilə göndərmişəm. Nə toyuq-cücəmiz vardı, hamısını su aparıb. Qarajdakı 30-40 kisə yem də islanaraq sıradan çıxıb".
Gülnənə xanımın evindəki soyuducu su ilə dolaraq sıradan çıxıb, həyətdəki su nasosu yarıtmaz vəziyyətə düşüb.
Masallı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Əbülfəz Nuriyev Sputnik Azərbaycan-a bildirib ki, Masallının 20-ə yaxın kəndində subasma qeydə alınıb.
"Bir neçə gündür Cənub bölgəsində aramsız yağışlar yağır və bu, Masallı rayonundan da yan keçməyib. Xüsusilə rayonun Boradigah, Xıl, Təzə Alvadı, Təklə, Xırmandalı, Ərkivan qəsəbə ərazilərdində, o cümlədən Masallı şəhərində də qismən fəsadlar törədib. Təxminən Masallı rayon mərkəzində 950-ə yaxın evə, kəndlərdəki 2001 evə subasma nəticəsində ziyan dəyib".
Bütün bu çətinliklərə baxmayaraq, Masallı Rayonu İcra Hakimiyyətində yaradılmış qərargah və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən görülmüş tədbirlər nəticəsində bu təbii fəalkətin qarşısı qismən alınıb.
"Bəndlər bərkidilib, hazırda suyun səviyyəsi demək olar ki, bütün kəndlərdə aşağı düşüb. Yaradılmış qərargah daim baş verə biləcək hadisələrə hazır vəziyyətə gətirilib. Bütün rayonda texnikalar bu işə cəlb olunub. Heç bir kənd diqqətdən kənarda qalmayıb, bəzi su basmış ərazilərdəki sakinlər qohumlarının yanına və digər yerlərə köçürülüblər", - deyə Nuriyev bildirib.
Qeyd edək ki, hal-hazırda bölgədə yağışlı hava şəraiti davam etməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.