Zaqafqaziya gözəli olan xanımına analoqu olmayan sarayı tikdirən xan
© Sputnik / Rahim MuradovBu binanı Mir Əhməd Xan 1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirib
© Sputnik / Rahim Muradov
Abunə olmaq
Mir Əhməd xan binanı inşa etmək üçün Fransadan inşaat materialları və fransız memarları Lənkərana gətirib.
BAKI, 20 mart — Sputnik. Lənkərana gələn qonaqların hər zaman ziyarət edəcəkləri yerlərdən biri də Lənkəran Tarix Diyarşünaslıq Muzeyi, yaxud Talış xanları nəslindən olan Mir Əhməd xanın evidir.
Mirəhməd Xan Talışinski hakimiyyətdə olmayıb, yəni xan kimi fəaliyyət göstərməyib. O, bu "Xan" titulunu özünə xan nəslindən olduğu üçün götürüb. Mirəhməd Xanın doğum tarixi məlum deyil. Onun XIX əsrin ortalarında dünyaya gəldiyi ehtimal edilir.
© Sputnik / Rahim MuradovMir Əhməd xanın ailəsi. Ortada Mir Əhməd xan, arvadı Tuğra xanım
Mir Əhməd xanın ailəsi. Ortada Mir Əhməd xan, arvadı Tuğra xanım
© Sputnik / Rahim Muradov
Muzeyin elmi işçisi Səadət Abdullayeva Xan evinin 1913-cü ildə gözəl bir xanımın şərəfinə tikildiyini bildirib.
"Binanı fransız memarları inşa edib, bütün inşaat materialları Fransadan gətirilib. Mir Əhməd xanın həyat yoldaşı Tuğra xanım Zaqafqaziya gözəli seçilib və xanımın xəbəri olmadan bu gözəl, möhtəşəm və analoqu olmayan bina inşa olunub. Xan evi Lənkəranda ilk hündürmərtəbəli binadır və ilk dəfə elektrik stansiyası bu binada qurulub. Xan evinin görkəmi də çox gözəldir, gələn qonaqlar da valeh olurlar. Burada hal-hazırda muzey yerləşir amma bura Xan evidir", - S.Abdullayeva Sputnik Azərbaycan-a bildirib.
Səadət xanım muzeydə 7 minə yaxın eksponatın qorunduğunu qeyd edib:
© Sputnik / Rahim MuradovMir Əhməd xanın dəfni. 1916-cı il
Mir Əhməd xanın dəfni. 1916-cı il
© Sputnik / Rahim Muradov
"Bunlardan Tuğra xanıma aid 3 güzgünü qeyd edə bilərəm. Onlara arxası daş güzgülər deyilir, Venesiyadan gətirilib və xanımın şəxsi əşyasıdır. Burada Mir Əhməd xana aid şəxsi əşyalar da var. Bir də burada analoqu olmayan gözəl bir əşya var ki, bu da binanın çilçırağıdır. Özəlliyi ondan ibarətdir ki, deyilənə görə zamanında o, şamlarla yandırılıb, zənciri olub və aşağıya qədər çəkilirmiş. Hazırda çilçıraq bərpa olunaraq daha da gözəlləşib, elektrik cərəyanı ilə işlədilir və gələn bütün qonaqlara onun Tuğra xanımın şəxsi əşyası olduğunu deyirik".
© Sputnik / Rahim MuradovQəbirüstü daşlar
Qəbirüstü daşlar
© Sputnik / Rahim Muradov
Muzeyin əməkdaşl qeyd edib ki, burada e.ə II minilliyə, daş dövrünə, tunc dövrünə, XIX əsrə, XX əsrin əvvəllərinə aid əşyalar var.
© Sputnik / Rahim MuradovXVII əsrə aid dəmir kotan
XVII əsrə aid dəmir kotan
© Sputnik / Rahim Muradov
"Eksponatlarımız çoxdur. Bu bina 2 dəfə təmir olunub. Sonuncu dəfə 2015-ci ildə əsaslı şəkildə və yeni quruluşda təmir olunub. Möhtərəm Prezidentimiz və nazirimiz bu binada olublar. Bina öz gözəlliyi, ekspozisiyasının zənginliyi və quruluşu ilə gələn qonaqları valeh edir. Mir Əhməd xan vəfat edəndən sonra onun həyat yoldaşı Tuğra xanım bu evdə yaşaya bilmir. Ötən əsrin 20-ci illərində baş verən hadisələr Lənkərana da öz təsirini göstərib. Həmin dövrdən 1991-ci ilə qədər Xan evi bir idarə kimi istifadə olunub. Şəhər soveti deyilən idarə bu binada fəaliyyət göstərib. 1991-ci ildən Lənkəran Şəhər Tarix Diyarşünaslıq Muzeyi bu binada yerləşir. Ekspozisiya muzeyə aiddir, ev isə Xan evidir!", - deyə S.Abdullayeva əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.