Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sürücülərin diqqətinə: Yollar dumanlı olacaq və buz bağlayacaq

© Sputnik / Leyla AbdullayevaXınalığa qar yağıb
Xınalığa qar yağıb - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Abunə olmaq
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil yolları dumanlı və şaxtalı olacaq.
BAKI, 20 mart - Sputnik. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının dumanlı olacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil yolları dumanlı və şaxtalı olacaq.
G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə əlaqədar, əsasən Quba-Qusar, Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
"Bu cür hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı olması tövsiyə olunur", - Gülşad Məmmədova bildirib.
Xəbər lenti
0