Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dumanda azaraq köməksiz qalan dörd nəfər xilas edilib

© Sputnik / Ibrahim HashimovŞimal-qərb bölgəsinə güclü qar yağıb
Şimal-qərb bölgəsinə güclü qar yağıb - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Abunə olmaq
Siyəzən rayonunun dağlıq ərazisində qarlı və dumanlı hava şəraitində yollarını azaraq köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.
BAKI, 20 mart - Sputnik. Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə qurumun “112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0