SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Abunə olmaq
İlham Əliyev: "1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır".
BAKI, 20 mart - Sputnik. Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.
Bu sözləri Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrikində bildirib.
Dövlət başçısı deyib ki, Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilib, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi:
“Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu".
Prezident qeyd edib ki, Azərbaycan dövləti və ordusu doğma diyarı döyüşərək azad edib:
"Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq”.
Prezident Suqovuşanda hərbi hissəsinin açılışında iştirak edib
Bu gün Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçısına raport verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxıblar.
Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verildi.
Bildirilib ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.
Dövlətimizin başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər imkan, ən əsası siyasi iradə var. Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0