Cəngili, çövkənli Novruz - Keşikçidağda milli bayram adətləri yaşadılır
Cəngili, çövkənli Novruz - Keşikçidağda milli bayram adətləri yaşadılır
Sputnik Azərbaycan
Gürcüstanla sərhəddə ulu əcdadlarımızdan miras qalan adət-ənənləri tanıtmaq və yaşatmaq məqsədilə festival keçirilib. “Keşikçidağda Novruz adətləri yaşadılır”... 20.03.2022, Sputnik Azərbaycan
Ağstafada Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival baş tutub. Tədbirdə qədim milli adətlərimiz, at oyunları, kulinariyamız, milli musiqi və rəqslərimiz nümayiş olunub. Festival Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan biri olan Novruzu yeniyetmə nəslə aşılanması məqsədilə təşkil olunub.Festivalda qazilər, rayon sakinləri, gənc fəallar, könüllülər və idmançılar qatılıb.İlk olaraq iştirakçılar yerli Qazax Dilbaz atlarının iştirakı ilə Çövkən oyunlarını izləyib. “Cəngi” musiqi sədaları altında "Ağstafa" çövkən komandasının üzvləri baxımlı oyun nümayiş etdirib. Müasir Polo oyununun bir versiyası olan çövkən iştirakçılar tərəfindən maraqla qarşılaıb. Bundan başqa qoruğun Ceyrançöldəki informasiya mərkəzinin önündə qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara sədaları altında, Kosa, Keçəlin iştirakı ilə baharın qarşılanması mərasimi keçirilib. Tonqal ətrafında yallı gedən iştirakçılar Novruzu musiqi sədaları və rəqslərlə qarşılayıblar. Milli mətbəximizin ən gözəl və ləziz təamları nümayiş etdirilib. Ceyrançöldə bitən bitkilərin qarışığından göy kətəsi bişirilərək iştirakçılara paylanıb.Həmçinin milli geyimli qızların iştirakı ilə çiyinlərində səhənglə bulaqdan su gətirmələri və Yallı rəqsləri xüsusi maraqla qarşılandı. Qeyd edək ki geniş sahəyə malik Ceyrançölü qədimdən günümüzədək heyvandarlıq ən əsas məşğuliyyət sahəsi olub. Qoruğun ərazisi isə qədim tarixi abidələrlə zəngindir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Gürcüstanla sərhəddə ulu əcdadlarımızdan miras qalan adət-ənənləri tanıtmaq və yaşatmaq məqsədilə festival keçirilib. “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festivaldan çəkilmiş rəngarəng fotolara Sputnik Azərbaycan-ın fotolentində baxın!
Ağstafada Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival baş tutub.
Ağstafada Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival baş tutub.
Ceyrançöldəki informasiya mərkəzinin önündə qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara sədaları altında, Kosa, Keçəlin iştirakı ilə baharın qarşılanması mərasimi keçirilib.
Ceyrançöldəki informasiya mərkəzinin önündə qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara sədaları altında, Kosa, Keçəlin iştirakı ilə baharın qarşılanması mərasimi keçirilib.
“Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival.
Ağstafada Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival baş tutub.
Tədbirdə qədim milli adətlərimiz, at oyunları, kulinariyamız, milli musiqi və rəqslərimiz nümayiş olunub. Festival Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan biri olan Novruzu yeniyetmə nəslə aşılanması məqsədilə təşkil olunub.
Festivalda qazilər, rayon sakinləri, gənc fəallar, könüllülər və idmançılar qatılıb.
İlk olaraq iştirakçılar yerli Qazax Dilbaz atlarının iştirakı ilə Çövkən oyunlarını izləyib. “Cəngi” musiqi sədaları altında "Ağstafa" çövkən komandasının üzvləri baxımlı oyun nümayiş etdirib. Müasir Polo oyununun bir versiyası olan çövkən iştirakçılar tərəfindən maraqla qarşılaıb.
Bundan başqa qoruğun Ceyrançöldəki informasiya mərkəzinin önündə qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara sədaları altında, Kosa, Keçəlin iştirakı ilə baharın qarşılanması mərasimi keçirilib. Tonqal ətrafında yallı gedən iştirakçılar Novruzu musiqi sədaları və rəqslərlə qarşılayıblar. Milli mətbəximizin ən gözəl və ləziz təamları nümayiş etdirilib. Ceyrançöldə bitən bitkilərin qarışığından göy kətəsi bişirilərək iştirakçılara paylanıb.
Həmçinin milli geyimli qızların iştirakı ilə çiyinlərində səhənglə bulaqdan su gətirmələri və Yallı rəqsləri xüsusi maraqla qarşılandı. Qeyd edək ki geniş sahəyə malik Ceyrançölü qədimdən günümüzədək heyvandarlıq ən əsas məşğuliyyət sahəsi olub. Qoruğun ərazisi isə qədim tarixi abidələrlə zəngindir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.