Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günləri gücləndirilmiş iş rejiminə keçən qurumlar necə işləyəcək?

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Küçələrdə ictimai yerlərdə hərəkət edən polis naryadlarının sayı artılır. Gecə gəzintiləri daha çox təşkil olunur.
BAKI, 20 mart — Sputnik. Bayramda əksər qurumlar gücləndirilmiş iş rejimində çalışacaqları ilə bağlı anons verirlər. Bəs görəsən gücləndirilmiş rejim adi günlərdən nə ilə fərqlənir?
Elə bu sualı bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq dövlət qurumlarına ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, pandemiya başlayan gündən polis əməkdaşlrı gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Onun sözlərinə görə, adi günlərdən fərqli olaraq naryadların sayı artırılı, nəzarət gücləndirilir: "Xidmət daha nümunəvi təşkil olunur. Sutkalıq növbətçilik təyin olunur. Küçələrdə ictimai yerlərdə hərəkət edən polis naryadlarının sayı artılır. Gecə gəzintiləri daha çox təşkil olunur".
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejimində marşrut reysinə əlavə avtobuslar salınacaq. Nəzarət tədbirləri, dezinfeksiya gücləndiriləcək: " Adi günlərdə 180 reys çıxırdısa, bayram günlərində 300 reysin çıxacağı gözlənilir. Adi günlərdə avtovağzaldan 300-400 sərnişin yola düşürdüsə, bayram günlərində bu rəqəmin 10-12 min olacağı proqnozlaşdırılır. Ona görə də bizim əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışacaqlar".
G. Əliyeva bayram günlərində müvafiq istiqamətlər üzrə xətə əlavə avtobusların buraxılacağını da bildirib.
“Azərsu” ASC -də Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini bəyan edib. Qurumun mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub: "Abonentlərin diqqətinə çatdırırıq ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq. İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər”.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev isə bildirib ki, Novruz bayramı ilə əlaqədar təmsil etdiyi qurum qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq:" Abonentlər qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər.
Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi də aktiv fəaliyyət göstərəcək. "Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, 104 Çağrı sahəsinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq".
Fövqəladə Hallar Nazirliyi (FHN) də bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini bəyan edib. Qurumdan bildirildi ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib. Gücləndirilmiş iş rejimində verilmiş tapşırıqlar yerinə yetiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0