Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun vəzifəli şəxslərinə hansı tapşırıqlar verilib?

© AR Ministry of DefenceBaş Qərargah rəisi Quru Qoşunlarında olub
Baş Qərargah rəisi Quru Qoşunlarında olub - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Abunə olmaq
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
BAKI, 20 mart — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ötən gün döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Şuşa və Hadrutda dislokasiya olunan bölmələrdə olub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, döyüş növbəsinin gücləndirilməsi və digər fəaliyyətlər məşq etdirilib.
Baş Qərargah rəisi döyüş, fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Sonra general-polkovnik K.Vəliyev komando hərbi hissələrindən birində yaradılan şəraitlə tanış olub.
Baş Qərargah rəisi şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bir daha şəxsi heyətin diqqətinə çatdırıb.
General-polkovnik K.Vəliyev şəxsi heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Daha sonra komandir heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb.
Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, Vətən müharibəsində qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun davam etdirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müvafiq göstərişlər verilib.
Orduya hansı tapşırıq verilib?
Martın 18-də isə Kərim Vəliyev Quru Qoşunlarında olub. Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzinə gəlib, hərbi qulluqçuların taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsi və müasir döyüş üsullarının praktiki tətbiqi məqsədilə real döyüş şəraitinə uyğunlaşdırılmış təlim nöqtələrinə baş çəkib.
© AR Ministry of DefenceBaş Qərargah rəisi Quru Qoşunlarında olub
Baş Qərargah rəisi Quru Qoşunlarında olub - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Baş Qərargah rəisi Quru Qoşunlarında olub
"Komando hazırlığı" kursunda iştirak edən kursantların sosial-məişət şəraiti və təlim-tədris prosesi ilə maraqlanan Baş Qərargah rəisinə məruzə olunub ki, dərslər yeni üsullar tətbiq olunmaqla tədris olunur.
K.Vəliyev təlim nöqtələrində kursantların nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs prosesinin gedişatını izləyib. Tədris prosesini müsbət qiymətləndirən Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonra Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirilib.
Görülən işlərin təhlilini aparan Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədə döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0