Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ prezidenti İlham Əliyevə məktub göndərib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Co Bayden, arxiv şəkli
İlham Əliyev və Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Co Bayden: "Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik".
BAKI, 20 mart - Sputnik. Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.
Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.
Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0