https://sputnik.az/20220319/veremle-covid-in-ferqini-nece-mueyyen-etmeli--440290431.html
Vərəmlə COVID-in fərqini necə müəyyən etməli?
Vərəmlə COVID-in fərqini necə müəyyən etməli?
Sputnik Azərbaycan
Vərəm xəstəliyinin COVID-19-a yoluxma riskini artırması barədə hələ elmi sübutlar yoxdur. 19.03.2022, Sputnik Azərbaycan
2022-03-19T21:57+0400
2022-03-19T21:57+0400
2022-03-19T21:57+0400
təbib
səhiyyə
covid-19
koronavirus
vərəm
vərəmə yoluxma
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_0:0:3072:1728_1920x0_80_0_0_a3665ecb9ad3dc3bbef0ae9dca82e935.jpg
BAKI, 19 mart — Sputnik. Vərəmlə mübarizədə vaxtında aşkarlanma çox vacibdir.Sputnik Azərbaycan xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin məsləhətçisi Nehmət Rəhmanov deyib. Onun sözlərinə görə, ölkəmizdə vərəmlə mübarizə həm mərkəzi səviyyədə təşkil edilir, həm də regional səviyyədə vərəm əleyhinə dispanser və xəstəxanalar mövcuddur: "Xüsusən aşkarlanma ilə ilkin səhiyyə müəssisələri məşğul olur. Hər il vərəmlə mübarizə haqda ÜST-ün hesabatı dərc olunur. 2020-ci ildəki vərəmlə bağlı dərc olunan hesabatda 10 milyon insanın vərəmə yoluxduğu qeyd olunub. Bunlardan 1.5 milyon insan vəfat edib. Bu o, deməkdir ki, hər dəqiqə vərəm xəstəliyindən 2 nəfər vəfat edib. Bu gün vərəmin kəskinləşməsinin əsas faktoru vərəmin dərmanlara qarşı dözümlü olmasıdır".Onun sözlərinə görə, COVID və vərəm arasında oxşarlıqlar var: "Hər iki xəstəliyin bioloji agenti ilk növbədə ağciyərə hücum edir. Simptomları da oxşardır. Xəstəliyin gedişində də müəyyən oxşarlıqlar var. Lakin fərqli cəhətləri də mövcuddur. Xəstəlik müddətləri də fərqlənir. Vərəm xəstəliyinin COVID-19-a yoluxma riskini artırması barədə hələ elmi sübutlar yoxdur. Lakin yoluxduqdan sonra ağır simptomlarla qarşılaşma riski yüksəkdir".N.Rəhmanov bildirib ki, vərəmli xəstə əgər COVID-ə yoluxubsa, vərəm əleyhinə müalicəni də davam etdirməlidir: "Xəstə vərəmdən sağalıbsa belə, hətta kimyəvi profilaktika qəbul edirsə, COVID dövründə də bu müalicəni davam etdirməlidir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_341:0:3072:2048_1920x0_80_0_0_5ad87394dc8228158167d5f43b02faf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təbib, covid-19, koronavirus, vərəm, vərəmə yoluxma
təbib, covid-19, koronavirus, vərəm, vərəmə yoluxma
Vərəmlə COVID-in fərqini necə müəyyən etməli?
Vərəm xəstəliyinin COVID-19-a yoluxma riskini artırması barədə hələ elmi sübutlar yoxdur.
BAKI, 19 mart — Sputnik. Vərəmlə mübarizədə vaxtında aşkarlanma çox vacibdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin məsləhətçisi Nehmət Rəhmanov deyib. Onun sözlərinə görə, ölkəmizdə vərəmlə mübarizə həm mərkəzi səviyyədə təşkil edilir, həm də regional səviyyədə vərəm əleyhinə dispanser və xəstəxanalar mövcuddur:
"Xüsusən aşkarlanma ilə ilkin səhiyyə müəssisələri məşğul olur. Hər il vərəmlə mübarizə haqda ÜST-ün hesabatı dərc olunur. 2020-ci ildəki vərəmlə bağlı dərc olunan hesabatda 10 milyon insanın vərəmə yoluxduğu qeyd olunub. Bunlardan 1.5 milyon insan vəfat edib. Bu o, deməkdir ki, hər dəqiqə vərəm xəstəliyindən 2 nəfər vəfat edib. Bu gün vərəmin kəskinləşməsinin əsas faktoru vərəmin dərmanlara qarşı dözümlü olmasıdır".
Onun sözlərinə görə, COVID və vərəm arasında oxşarlıqlar var: "Hər iki xəstəliyin bioloji agenti ilk növbədə ağciyərə hücum edir. Simptomları da oxşardır. Xəstəliyin gedişində də müəyyən oxşarlıqlar var. Lakin fərqli cəhətləri də mövcuddur. Xəstəlik müddətləri də fərqlənir. Vərəm xəstəliyinin COVID-19-a yoluxma riskini artırması barədə hələ elmi sübutlar yoxdur. Lakin yoluxduqdan sonra ağır simptomlarla qarşılaşma riski yüksəkdir".
N.Rəhmanov bildirib ki, vərəmli xəstə əgər COVID-ə yoluxubsa, vərəm əleyhinə müalicəni də davam etdirməlidir: "Xəstə vərəmdən sağalıbsa belə, hətta kimyəvi profilaktika qəbul edirsə, COVID dövründə də bu müalicəni davam etdirməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.