Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıya yağan qar 1 metrə çatıb, rayonda həyat iflic olub - VİDEO

© Sputnik / İlham Ahmadovİsmayıllı, Qəbələ və Oğuz rayonlarına güclü qar yağdı
İsmayıllı, Qəbələ və Oğuz rayonlarına güclü qar yağdı - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Abunə olmaq
Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah Güyüm kəndlərində qar səbəbindən yollar görünmür, əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb.
BAKI, 19 mart - Sputnik. Ötən bir həftə ərzində İsmayıllı rayonuna yağan güclü qar kəndlərə gedən yolların bağlanmasına səbəb olub.
Rayonun yüksək dağlıq ərazisində yerləşən kəndlərdə qarın hündürlüyü 1 metrə çatıb.
Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah Güyüm kəndlərində qar səbəbindən yollar görünmür, əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb, yalnız yük maşınları ilə hərəkət etmək mümkündür.
Hazırda kənd yollarında qalın qar örtüyü olduğuna görə, yerli sakinlər bir neçə gündür ki, nəqliyyat vasitələrini küçəyə çıxara bilmir, qarın əriməsini gözləyirlər. Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə evin, tövlənin və yardımçı tikilinin dam örtüyü qarın təsirindən çöküb.
Bundan əlavə İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0