CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sirli Novruz adətləri - gecə məzarlığa getmək, uşaq və hamilələri mələklərdən gizlətmək...

Novruz  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Abunə olmaq
Çərşənbədə mələklərin qəzəbindən ehtiyat edən xınalıqlılar, gecə məşəllə məzar başına gedən şabranlılar, axşam köhnə geyimləri məşəldə yandıran qusarlılar.
BAKI, 19 mart — Sputnik. Novruz bayramı Azərbaycanın müxtəlif bölgələrində fərqli adət-ənənə ilə qeyd edilir.
Qubanın Xınalıq kəndinin sakinləri ilk Novruz çərşənbəsi olan su çərşənbəsində axşam düşəndə hamilə qadınları və azyaşlı uşaqları suya yaxın buraxmırlar. Onların inanclarına görə, göydəki mələklər su çərşənbəsi ərəfəsində su hövzələrinin yanına enirlər. Odur ki, mələklər əsəbləşib su başındakı ağlı kəsməyən uşaq və hamilə qadınlara zərər verə bilərlər.
© Photo : Courtesy of Leyla AbdullayevaSəməni
Müxtəlif adətlər  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Səməni
Bundan başqa Xınalıq sakinləri səmənini od çərşənbəsində qoyarlar. Çünki od istiliyin və ruzinin simvolu hesab olunur.
Xınalıqlılar nişanlı qıza bayram payını Yel çərşənbəsində apararlar. Bu bayram payı "yeddi pay" adlanır. Yəni oğlan evi qız evinə yeddi adda pay aparmalıdır.
Sonuncu çərşənbə olan torpaq çərçənbəsi də burada yaşayan əhali arasında fərqli qeyd edilir.
© Photo : Courtesy of Leyla AbdullayevaNovruz bayramında
Müxtəlif adətlər  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Novruz bayramında
Qusarda yaşayan azsaylı xalqlardan sayılan ləzgilər də bayramı fərqli qeyd edirlər. Onlar Novruz bayramını ləzgi dilində "Yaran suvar" adlandırırlar. Bu da od bayramı, qırmızı gün mənasını verir.
Ləzgilər bayramda özlərinin yerli mətbəxinə məxsus şirniyyatlar hazırlayırlar.
© Photo : Courtesy of Leyla AbdullayevaNovruz bayramında
Müxtəlif adətlər  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Novruz bayramında
Onların bayramda ən maraqlı adətlərindən biri uşaqların qoluna qeyri-adi bilərzik taxmalarıdır. Qusar sakinlərinin sözlərinə görə, heyva ağacından 2 sm balaca budaq kəsib, budağın ortasını deşib ora qırmızı ip keçirirlər. Həmin ip hələ Novruz görməyən 1 yaşlı uşağın qoluna bir növ muncuq kimi bağlanır. Bu da uşağın azar-bezardan uzaq olmasına işarədir. Bundan əlavə, ev təsərrüfatında olan, Novruz görməyən balaca quzu və buzovların boğazına da qırmızı bağlanılır ki, bu da heyvanların salamat qalacağına olan qədim inanclardandır.
© Photo : Courtesy of Leyla AbdullayevaNovruz bayramında
Müxtəlif adətlər  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Novruz bayramında
Qusarda Novruzdan bir gün əvvəl icra edilən, "üskük-şem" adlanan qədim ritual da var. Axşam qaş qaralandan sonra evdəki köhnə paltarlar şaxın (payanın) başına keçirilərək məşəl kimi yandırılır. Həmin vaxt bütün həyətlərdə yanan köhnə paltarların işığı görünür. Hamı bu adəti eyni vaxtda icra edir və buna "işıq gecəsi"də deyilir.
Qusarda Novruz bayramında mütləq 7 qutab bişirilir və mütləq 7 kötük yandırılır.
Şabranın Əmirxanlı kəndində isə qeyri-adi adət var. Buranın sakinləri bayramlarda vəfat etmiş yaxınlarının məzarını ziyarət etmək üçün məzarlığa axşam saatlarında gedir.
© Photo : Courtesy of Leyla AbdullayevaNovruz süfrəsi
Müxtəlif adətlər  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Novruz süfrəsi
Şabran rayon sakini Elminaz Əliyeva Sputnik Azərbaycan-a bu adətdən danışarkən deyib:
"Bu rayonda, əsasən də Əmirxanlı kəndində bayram günləri, əsasən də ilaxır çərşənbədə qəbir üstə axşam saatlarında gedilir. Axşam saat 17:00-dən sonra camaat əllərində məşəl tutub qəbiristanlığa axışır, ölülərin qəbri üzərində şam yandırırlar".
© Photo : Courtesy of Leyla AbdullayevaTonqal
Müxtəlif adətlər  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Tonqal
Əliyevanın sözlərinə görə, onlar bu yolla ölülərin yoluna işıq salmış olduqlarına inanırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0