https://sputnik.az/20220319/pandemiyanin-basa-catmasina-hele-cox-var-440289327.html
Pandemiyanın başa çatmasına hələ çox var
Pandemiyanın başa çatmasına hələ çox var
Sputnik Azərbaycan
"Omicron"un yüksək şəkildə yayıldığı ölkələrdə ya vaksinasiya, ya da yoluxma səbəbindən ümumi immunitet yaranıb 19.03.2022, Sputnik Azərbaycan
2022-03-19T06:15+0400
2022-03-19T06:15+0400
2022-03-19T06:15+0400
pandemiya
səhiyyə
omikron
omikron ştammı
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427083229_0:0:3073:1728_1920x0_80_0_0_bf8ef14234b63e3dffde8686bf9ab41a.jpg
BAKI, 19 mart — Sputnik. Yeni növ koronavirus (COVID-19) pandemiyasının bitməsinə hələ çox var.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge bunu APA-ya bildirib.O, koronavirusun "Omicron" ştammının Avropada pandemiyaya son qoya biləcəyinə dair bir müddət əvvəl dediyi fikirlərə də aydınlıq gətirib: “Biz çox ayıq-sayıq olmalıyıq. Mən pandemiya bitəcək deməmişəm, sadəcə bitməsinə ümid var söyləmişəm. Demişəm ki, optimist olmalıyıq. Niyə?! Bunun üçün üç faktor var. Birincisi, "Omicron"un yüksək şəkildə yayıldığı ölkələrdə ya vaksinasiya, ya da yoluxma səbəbindən ümumi immunitet yaranıb. İkinci faktor mövsümiliklə əlaqəlidir, çünki artıq qış bitir. Üçüncü faktor isə bundan ibarətdir ki, tam şəkildə peyvənd olunmuş insanlar "Omicron"u daha yüngül keçirir”.ÜST rəsmisinin sözlərinə görə, bu faktorlar yay mövsümündə xəstəliyi daha yüngül keçirməyə imkan yarada bilər.İlk yoluxmaKoronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Azərbaycanda yoluxmaAzərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də isə ölkəmizdə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Daha sonra ölkədə iki yoluxma halı təsdiqləndi.QadağalarNazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427083229_112:0:2843:2048_1920x0_80_0_0_b166aee73dac1e5f8a7693888b22b669.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
pandemiya, omikron, omikron ştammı, koronavirus, covid-19
pandemiya, omikron, omikron ştammı, koronavirus, covid-19
Pandemiyanın başa çatmasına hələ çox var
"Omicron"un yüksək şəkildə yayıldığı ölkələrdə ya vaksinasiya, ya da yoluxma səbəbindən ümumi immunitet yaranıb
BAKI, 19 mart — Sputnik. Yeni növ koronavirus (COVID-19) pandemiyasının bitməsinə hələ çox var.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge bunu APA-ya bildirib.
O, koronavirusun "Omicron" ştammının Avropada pandemiyaya son qoya biləcəyinə dair bir müddət əvvəl dediyi fikirlərə də aydınlıq gətirib:
“Biz çox ayıq-sayıq olmalıyıq. Mən pandemiya bitəcək deməmişəm, sadəcə bitməsinə ümid var söyləmişəm. Demişəm ki, optimist olmalıyıq. Niyə?! Bunun üçün üç faktor var. Birincisi, "Omicron"un yüksək şəkildə yayıldığı ölkələrdə ya vaksinasiya, ya da yoluxma səbəbindən ümumi immunitet yaranıb. İkinci faktor mövsümiliklə əlaqəlidir, çünki artıq qış bitir. Üçüncü faktor isə bundan ibarətdir ki, tam şəkildə peyvənd olunmuş insanlar "Omicron"u daha yüngül keçirir”.
ÜST rəsmisinin sözlərinə görə, bu faktorlar yay mövsümündə xəstəliyi daha yüngül keçirməyə imkan yarada bilər.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də isə ölkəmizdə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Daha sonra ölkədə iki yoluxma halı təsdiqləndi.
Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi.