https://sputnik.az/20220319/ermenistanin-ipi-oz-elinde-deyil-qerb-sulhun-yaranmasina-imkan-vermir-440288401.html
Ermənistanın ipi öz əlində deyil: Qərb sülhün yaranmasına imkan vermir
Ermənistanın ipi öz əlində deyil: Qərb sülhün yaranmasına imkan vermir
Sputnik Azərbaycan
Politoloqların fikrincə, Qərb dairələri, xüsusən də Fransa Azərbaycan-Ermənistan arasındakı sülh quruculuğu prosesini sabotaj etməklə məşğuldur. 19.03.2022, Sputnik Azərbaycan
2022-03-19T21:00+0400
2022-03-19T21:00+0400
2022-03-19T21:00+0400
politoloq
təhlil
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433685364_0:0:3072:1728_1920x0_80_0_0_02da55db6d7fd36baa1d2e5d887f1fd2.jpg
BAKI, 19 mart — Sputnik. Ermənistanın hazırda Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu qalmayıb.Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.Onun sözlərinə görə, Ermənistanın 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasəti bu ölkəni önəmli regional layihələrdən təcrid olunmuş duruma salıb: "Təbii olaraq bütün bunlar Ermənistanın siyasi, iqtisadi və sosial vəziyyətinə ağır zərbələrlə yadda qaldı. Ermənistan dalan vəziyyətinə düşüb. 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra Azərbaycanın diqtə etdiyi şərtlər təkcə bizim ölkəmiz üçün deyil, eyni zamanda Ermənistan və regionun digər ölkələri üçün də dividendlər vəd edir".Politoloq qeyd edib ki, Ermənistan əlində təsiredici imkanların qalmadığını görür. Onun fikrincə, məhz buna görə də Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesində süni şəkildə vaxt qazanmağa çalışır:"Məhz bundandır ki, Ermənistan tərəfi imza atdığı bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Təbii ki, Azərbaycanın Ermənistanın nazı ilə oynamaq fikri yoxdur. Məhz İranla bu günlərdə imzalanmış tarixi sənəd də Ermənistana açıq-aşkar mesaj idi. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı özünün alternativ idealarını reallaşdırır".Tural Hüseynov vurğulayıb ki, Azərbaycanın atdığı addımlar Ermənistanın dalan vəziyyətinin daha da ağırlaşması ilə nəticələnir: "Ona görə də Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın fikirlərində müəyyən qədər həqiqətlər var"."Ermənistanın ipi öz əlində deyil" deyən politoloq hesab edir ki, Qərb dairələri, xüsusən də Fransa Azərbaycan-Ermənistan arasındakı sülh quruculuğu prosesini sabotaj etməklə məşğuldur: "Ermənistan qlobal məkanda baş verənlərdən istifadə edərək həm 10 noyabr bəyanatında, həm Soçi görüşündə əldə olunmuş bəyanatlarda atdığı imzalara qarşı ikiüzlülük nümayiş etdirir".Qeyd edək ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyada, eləcə də bizim regionda və Qarabağ ətrafında geosiyasi vəziyyəti kökündən dəyişib. Azərbaycanın müttəfiqi olan Türkiyə Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunda çıxış edərək, indiki şəraitdə öz siyasətini balanslaşdıraraq, müharibədən əvvəlkindən daha güclü mövqedədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433685364_341:0:3072:2048_1920x0_80_0_0_29b740cb17f3d6222b332183645520e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, ermənistan
Ermənistanın ipi öz əlində deyil: Qərb sülhün yaranmasına imkan vermir
Politoloqların fikrincə, Qərb dairələri, xüsusən də Fransa Azərbaycan-Ermənistan arasındakı sülh quruculuğu prosesini sabotaj etməklə məşğuldur.
BAKI, 19 mart — Sputnik. Ermənistanın hazırda Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu qalmayıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, Ermənistanın 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasəti bu ölkəni önəmli regional layihələrdən təcrid olunmuş duruma salıb:
"Təbii olaraq bütün bunlar Ermənistanın siyasi, iqtisadi və sosial vəziyyətinə ağır zərbələrlə yadda qaldı. Ermənistan dalan vəziyyətinə düşüb. 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra Azərbaycanın diqtə etdiyi şərtlər təkcə bizim ölkəmiz üçün deyil, eyni zamanda Ermənistan və regionun digər ölkələri üçün də dividendlər vəd edir".
Politoloq qeyd edib ki, Ermənistan əlində təsiredici imkanların qalmadığını görür. Onun fikrincə, məhz buna görə də Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesində süni şəkildə vaxt qazanmağa çalışır:
"Məhz bundandır ki, Ermənistan tərəfi imza atdığı bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Təbii ki, Azərbaycanın Ermənistanın nazı ilə oynamaq fikri yoxdur. Məhz İranla bu günlərdə imzalanmış tarixi sənəd də Ermənistana açıq-aşkar mesaj idi. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı özünün alternativ idealarını reallaşdırır".
Tural Hüseynov vurğulayıb ki, Azərbaycanın atdığı addımlar Ermənistanın dalan vəziyyətinin daha da ağırlaşması ilə nəticələnir: "Ona görə də Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın fikirlərində müəyyən qədər həqiqətlər var".
"Ermənistanın ipi öz əlində deyil" deyən politoloq hesab edir ki, Qərb dairələri, xüsusən də Fransa Azərbaycan-Ermənistan arasındakı sülh quruculuğu prosesini sabotaj etməklə məşğuldur: "Ermənistan qlobal məkanda baş verənlərdən istifadə edərək həm 10 noyabr bəyanatında, həm Soçi görüşündə əldə olunmuş bəyanatlarda atdığı imzalara qarşı ikiüzlülük nümayiş etdirir".
Qeyd edək ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyada, eləcə də bizim regionda və Qarabağ ətrafında geosiyasi vəziyyəti kökündən dəyişib. Azərbaycanın müttəfiqi olan Türkiyə Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunda çıxış edərək, indiki şəraitdə öz siyasətini balanslaşdıraraq, müharibədən əvvəlkindən daha güclü mövqedədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.