CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günləri hava necə olacaq?

© AFP 2023 / DAVID GANNONЦветущее дерево, фото из архива
Цветущее дерево, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında bayram günlərində gözlənilən hava şəraitinin martın 20-də arabir yağıntılı olacağı gözlənilir.
BAKI, 19 mart - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Novruz bayramı günlərində havanın necə olacağını açıqlayıb.
Xidmətin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında bayram günlərində gözlənilən hava şəraitinin martın 20-də arabir yağıntılı olacağı gözlənilir.
Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.
Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, səhər şimal-şərq küləyi 8-13 m/s.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq.
Martın 22-də arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq.
Martın 23-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyi 8-13 m/s.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0