CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəhərlənmə ilə bağlı KTM-yə müraciət edən 4 nəfər ölüb

© Sputnik / Vladimir Smirnov / Mediabanka keçidReanimasiya
Reanimasiya - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Digərlərindən 3-ü anaflaksiya səbəbindən, 4-ü allergik reaksiyadan, 8-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
BAKI, 18 mart — Sputnik. Mart ayının 1-dən bu günədək Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 358 nəfər müraciət edib. Mərkəzin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, onlardan 63-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 25-i dərmandan, 14-ü sirkə turşusundan, 5-i dəm qazından, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya səbəbindən, 4-ü allergik reaksiyadan, 8-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 34-ü qadın, 24-ü kişi, 5-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 63 nəfərdən 4-ü (2 nəfər sirkə turşusundan, 1 nəfər etil spirtindən, 1 nəfər anaflaksiya səbəbindən) dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0