Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Suqovuşanın turizm planı hazırlanıb

© Sputnik / Emin AlisahibSuqovuşan, arxiv şəkli
Suqovuşan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Aidiyyəti dövlət qurumlarına ərazilərin inkişaf planlarında nəzərə alınması üçün təqdim olunub.
BAKI, 18 mart — Sputnik. İşğaldan azad edilmiş ərazilərin Ümumi Planına əsasən, Qarabağ regionunda turizm və rekreasiya zonalarının yaradılması planlaşdırılır.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib. O deyib ki, bu məqsədlə Şuşa rayonu üzrə Daşaltı kəndi, Xocavənd rayonu üzrə Hadrut qəsəbəsi, Tuğ, Ağbulaq, Şəkər kəndləri, Kəlbəcər rayonu üzrə İstisu qəsəbəsi, Zülfüqarlı, Lex və Qamışlı kəndləri, Qubadlı rayonu üzrə Bərgüşad kəndi və Zəngilan rayonu üzrə Qaragöl kəndlərinin müəyyən əraziləri turizm və rekreasiya zonaları üçün müəyyənləşdirilib:
"Bu ərazilərə dair ilkin təqdimat sənədi hazırlanıb və aidiyyəti dövlət qurumlarına ərazilərin inkişaf planlarında nəzərə alınması üçün təqdim olunub. Tərtər rayonunun Suqovuşan qəsəbəsinin region üzrə rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərinin yaradılması istiqamətində turizmin inkişafı ilə bağlı konseptual inkişaf planı hazırlanıb. Bununla yanaşı, Şuşa şəhərinin, turizm potensialına malik Daşaltı və Tuğ kəndlərinin, Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyaları hazırlanıb".
A.Hüseynova həmçinin qeyd edib ki, "Qarabağ Zəfər Marşrutları" konsepsiyası çərçivəsində "Yolumuz Ağdama" və "Füzuli və Xocavənd" bir günlük turlarının ilkin layihəsi hazırlanıb: "Bildiyiniz kimi, artıq bu layihə əsasında saytı vasitəsilə Şuşaya və Ağdama turlar təşkil olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0