https://sputnik.az/20220318/roya-tarixe-nece-dusdu---vdeo-440302639.html
Röya tarixə necə düşdü - VİDEO
Röya tarixə necə düşdü - VİDEO
Pop ulduz Röya Ayxan Meta dünyada çıxış edən ilk Azərbaycan müğənnisi kimi tarixə düşüb. 18.03.2022, Sputnik Azərbaycan
2022-03-18T23:58+0400
2022-03-18T23:58+0400
2022-03-18T23:58+0400
röya
mədəniyyət
asan
facebook
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/42286/44/422864405_0:103:1080:711_1920x0_80_0_0_2ad715cf8cfe2152cc559bee8815a3b4.jpg
BAKI, 18 mart — Sputnik. Xalq artisti Röya Ayxan bir ilkə imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, pop ulduz Meta dünyada çıxış edən ilk Azərbaycan müğənnisi kimi tarixə düşüb.Bu barədə "ASAN radio"nun Facebook" səhifəsində məlumat paylaşıb. Bildirilib ki, "ASAN xidmət" tərəfindən "Meta Novruz" virtual bayram tədbiri keçirilib.Virtual Novruz proqramında ilk dəfə muğam səslənib. Xalq artisti Röya Ayxan mahnılar ifa edib.Məlumat üçün bildirək ki, ilk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42286/44/422864405_0:0:1080:810_1920x0_80_0_0_511c652b6efcccf09c45c3dd7576d58d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
röya, asan, facebook
Röya tarixə necə düşdü - VİDEO
Pop ulduz Röya Ayxan Meta dünyada çıxış edən ilk Azərbaycan müğənnisi kimi tarixə düşüb.
BAKI, 18 mart — Sputnik. Xalq artisti Röya Ayxan bir ilkə imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, pop ulduz Meta dünyada çıxış edən ilk Azərbaycan müğənnisi kimi tarixə düşüb.
Bu barədə "ASAN radio"nun Facebook" səhifəsində məlumat paylaşıb. Bildirilib ki, "ASAN xidmət" tərəfindən "Meta Novruz" virtual bayram tədbiri keçirilib.
Virtual Novruz proqramında ilk dəfə muğam səslənib. Xalq artisti Röya Ayxan mahnılar ifa edib.
Məlumat üçün bildirək ki, ilk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub.
2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.