https://sputnik.az/20220318/muganli-smayilli-yolunda-hereket-cetinlesib---vdeo-440282964.html
Muğanlı-İsmayıllı yolunda hərəkət çətinləşib - VİDEO
Muğanlı-İsmayıllı yolunda hərəkət çətinləşib - VİDEO
Sputnik Azərbaycan
"Ya səfərlərini təxirə salmalıdırlar, yaxud da bu, mümkün deyilsə, yol şəraitini nəzərə alıb şinlərin vəziyyətinə nəzər yetirsinlər" 18.03.2022, Sputnik Azərbaycan
2022-03-18T14:15+0400
2022-03-18T14:15+0400
2022-03-18T14:15+0400
azərbaycan
hadisə
yol
qar
avtomobil yolları dövlət agentliyi
anar nəcəfli
avtomobil
https://cdnn1.img.sputnik.az/img/07e6/01/14/438339864_326:0:3803:1956_1920x0_80_0_0_87f4ac53bfe07046ba228ef15f7f5f57.jpg
BAKI, 18 mart — Sputnik. Mövcud hava şəraiti ilə bağlı respublikanın bəzi yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik leytnantı Mübariz Ağayev məlumat verib.O bildirib ki, ötən gecədən başlayaraq yağan güclü qar Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətini çətinləşdirib: "Muğanlı-İsmayıllı yolunda, Bakı-Şamaxı Yevlax avtomobil yolunun Muğanlı dairəsi adlanan hissəsində yağan qar avtomobillərin hərəkətində çətinlik yaratsa da, yol patrul xidmətinin əməkdaşları, yol təsərrüfatı işçiləri ilə birgə yollarda hərəkətin təmin edilməsinə çalışırlar. Biz hava şəraiti ilə bağlı əvvəlcədən xəbərdarlıq etsək də, təəssüf ki, sürücülər arasında yola hazırlıqsız çıxanlar da var. Bu səbəbdən də yolların buzlu olmasına görə hərəkəti davam etdirə bilməyib yoldan kənara çıxırlar. Bizim əməkdaşlarımız onlara əlindən gələn köməyi göstərir. Amma sürücülər unutmamalıdırlar ki, qar yağan bölgələrə səfər etməzdən öncə yolların vəziyyətini nəzərə almalıdırlar. Ya səfərlərini təxirə salmalıdırlar, yaxud da bu, mümkün deyilsə, yol şəraitini nəzərə alıb şinlərin vəziyyətinə nəzər yetirsinlər".M.Ağayev sürücülərə səslənərək hava şəraitinə görə gündüz saatlarda yola çıxmalarını tövsiyə edib. O bildirib ki, sürücülər avtomobilin texniki sazlığına mütləq nəzarət etsinlər.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qar yağırsa problemin olmaması mümkün deyil: "Yollar qardan təmizlənir, amma qar yağmağa davam edirsə, yol yenidən örtülür. Ona görə də sürücülər özləri hava şəraitinə görə avtomobillərini hazır vəziyyətə gətirməlidirlər".Qurum rəsmisi əlavə edib ki, qarın yağdığı bölgələrdə yollara duz-qum səpilməsi davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220318/bakida-guclu-kulek-esecek-sulu-qar-yagir-440270898.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/14/438339864_760:0:3368:1956_1920x0_80_0_0_e6bd59cb3167be8cc95a6369373ca7b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, yol, qar, avtomobil yolları dövlət agentliyi, anar nəcəfli, avtomobil
azərbaycan, yol, qar, avtomobil yolları dövlət agentliyi, anar nəcəfli, avtomobil
Muğanlı-İsmayıllı yolunda hərəkət çətinləşib - VİDEO
"Ya səfərlərini təxirə salmalıdırlar, yaxud da bu, mümkün deyilsə, yol şəraitini nəzərə alıb şinlərin vəziyyətinə nəzər yetirsinlər"
BAKI, 18 mart — Sputnik. Mövcud hava şəraiti ilə bağlı respublikanın bəzi yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik leytnantı Mübariz Ağayev məlumat verib.
O bildirib ki, ötən gecədən başlayaraq yağan güclü qar Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətini çətinləşdirib: "Muğanlı-İsmayıllı yolunda, Bakı-Şamaxı Yevlax avtomobil yolunun Muğanlı dairəsi adlanan hissəsində yağan qar avtomobillərin hərəkətində çətinlik yaratsa da, yol patrul xidmətinin əməkdaşları, yol təsərrüfatı işçiləri ilə birgə yollarda hərəkətin təmin edilməsinə çalışırlar. Biz hava şəraiti ilə bağlı əvvəlcədən xəbərdarlıq etsək də, təəssüf ki, sürücülər arasında yola hazırlıqsız çıxanlar da var. Bu səbəbdən də yolların buzlu olmasına görə hərəkəti davam etdirə bilməyib yoldan kənara çıxırlar. Bizim əməkdaşlarımız onlara əlindən gələn köməyi göstərir. Amma sürücülər unutmamalıdırlar ki, qar yağan bölgələrə səfər etməzdən öncə yolların vəziyyətini nəzərə almalıdırlar. Ya səfərlərini təxirə salmalıdırlar, yaxud da bu, mümkün deyilsə, yol şəraitini nəzərə alıb şinlərin vəziyyətinə nəzər yetirsinlər".
M.Ağayev sürücülərə səslənərək hava şəraitinə görə gündüz saatlarda yola çıxmalarını tövsiyə edib. O bildirib ki, sürücülər avtomobilin texniki sazlığına mütləq nəzarət etsinlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qar yağırsa problemin olmaması mümkün deyil: "Yollar qardan təmizlənir, amma qar yağmağa davam edirsə, yol yenidən örtülür. Ona görə də sürücülər özləri hava şəraitinə görə avtomobillərini hazır vəziyyətə gətirməlidirlər".
Qurum rəsmisi əlavə edib ki, qarın yağdığı bölgələrdə yollara duz-qum səpilməsi davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.