SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: BMT ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət daşıyır

© AFP 2023 / LUDOVIC MARINBMT
BMT  - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
XİN rəhbəri bu il Azərbaycan və BMT arasında əməkdaşlığın 30 illiyinin qeyd olunduğunu xatırladıb.
BAKI, 18 mart — Sputnik. "BMT ilə əməkdaşlıq və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir".
Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
XİN rəhbəri bu il Azərbaycan və BMT arasında əməkdaşlığın 30 illiyinin qeyd olunduğunu xatırladıb.
"Əməkdaşlığın 30 illiyinə həsr olunmuş tədbirlərdən birinin Şuşada keçirilməsi son dərəcə vacib və əhəmiyyətlidir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək vermək və BMT ilə əməkdaşlıq etmək bizim üçün mühüm əhəmiyyət daşıyır", - C.Bayramov deyib.
Xatırladaq ki, bu gün Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Həmçinin orada BMT-nin bayrağı ucaldılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0