https://sputnik.az/20220318/bocarnikov-ukrayna-qerb-ucun-rusiya-federasiyasina-tezyiq-vasitesidir-440308541.html
Boçarnikov: Ukrayna Qərb üçün Rusiya Federasiyasına təzyiq vasitəsidir
Boçarnikov: Ukrayna Qərb üçün Rusiya Federasiyasına təzyiq vasitəsidir
Sputnik Azərbaycan
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov “Xəzər” telekanalına müsahibə verib. 18.03.2022, Sputnik Azərbaycan
2022-03-18T23:00+0400
2022-03-18T23:00+0400
2022-03-18T23:04+0400
video
mixail boçarnikov
rusiya səfiri
rusiyanın azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
ukrayna
nato
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440309437_0:0:3073:1728_1920x0_80_0_0_7afc1a1f50870334dd0adb3ea0d8d45a.jpg
İndi informasiya situasiyası o qədər də asan deyil, feyk məlumatlar, reallığın təhrifi kimi hadisələrlə müşayiət olunur.Bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xəzər televiziyasına müsahibəsində deyib.O, son zamanlar Ukrayna ətrafında baş verənlərə üçüncü ölkələrin Azərbaycandakı səfirlərinin münasibətini diplomatik etiketdən kənar adlandırıb:“Diplomatik təcrübədən çıxış edərək demək istəyirəm ki, xarici səfirlər üçüncü dövlətin əleyhinə çıxış etməməlidir, xüsusilə də əgər həmin dövlətlər hazırda səfirliklərin yerləşdiyi ölkə ilə dost münasibətindədirlərsə, bizim halda müttəfiqlik əlaqələrinə malikdirlərsə. Təəssüflə qeyd etmək istəyirəm ki, heç də Bakıdakı bütün səfirlər diplomatik etiketi bilmirlər. Ukrayna səfiri mütəmadi olaraq Rusiya əleyhinə bəyanatlar verir. Amerika səfiri də buna qoşulmağa başlayıb. Amerikalı səfir ictimaiyyət qarşısında Rusiya Federasiyası əleyhinə ittihamlar səsləndirməkdədir”.Boçarnikov qeyd edib ki, Abş səfiri martın 11-də yerli informasiya agentliklərindən birinə müsahibəsində Rusiya prezidenti barədə personal surətdə kəskin fikir bildirib.“Belə vəziyyətdə mənim cavab vermək hüququm var. Amerikalı səfirdən fərqli olaraq, mən Birləşmiş Ştatlar prezidentinin fəaliyyətini qiymətləndirməyəcəm. Qiyməti və reytinqləri qoy bu ölkənin ictimaiyyəti versin”, - deyə Rusiya səfiri bildirib.Ukraynada baş verənlərə gəlincə, Boçarnikov deyib ki, bunun kompleks səbəbləri var.“İndi baş verənlər əslində Birləşmiş Ştatlar və NATO-nun ayrı-ayrı ölkələrinin birbaşa rəhbərliyi altında 2014-cü ildə Ukraynada baş vermiş antikonstitusion çevrilişdən başlamış və uzanmış böhranın daha da kəskinləşməsidir. O vaxtdan səkkiz il ötüb. Bu müddət ərzində Ukrayna hökuməti və onları idarə edənlər bu ölkəni antirusiya platsdarmına çevirmək üçün əllərindən gələni ediblər”.Səfirin sözlərinə görə, nəticədə Ukrayna rəhbərliyi rus əhalinin sıxışdırılmasına yönəlik siyasət həyata keçirməyə başlayıb.Mixail Boçarnikovun müsahibəsi ilə daha ətraflı Xəzər TV-nin videosundan tanış ola bilərsiz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440309437_0:0:2731:2048_1920x0_80_0_0_11d8c1441502015cad766a48c08f05cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixail boçarnikov, rusiya səfiri, rusiyanın azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, ukrayna, nato, abş, видео
mixail boçarnikov, rusiya səfiri, rusiyanın azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, ukrayna, nato, abş, видео
Boçarnikov: Ukrayna Qərb üçün Rusiya Federasiyasına təzyiq vasitəsidir
23:00 18.03.2022 (Yenilənib: 23:04 18.03.2022) Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov “Xəzər” telekanalına müsahibə verib.
İndi informasiya situasiyası o qədər də asan deyil, feyk məlumatlar, reallığın təhrifi kimi hadisələrlə müşayiət olunur.
Bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xəzər televiziyasına müsahibəsində deyib.
O, son zamanlar Ukrayna ətrafında baş verənlərə üçüncü ölkələrin Azərbaycandakı səfirlərinin münasibətini diplomatik etiketdən kənar adlandırıb:
“Diplomatik təcrübədən çıxış edərək demək istəyirəm ki, xarici səfirlər üçüncü dövlətin əleyhinə çıxış etməməlidir, xüsusilə də əgər həmin dövlətlər hazırda səfirliklərin yerləşdiyi ölkə ilə dost münasibətindədirlərsə, bizim halda müttəfiqlik əlaqələrinə malikdirlərsə. Təəssüflə qeyd etmək istəyirəm ki, heç də Bakıdakı bütün səfirlər diplomatik etiketi bilmirlər. Ukrayna səfiri mütəmadi olaraq Rusiya əleyhinə bəyanatlar verir. Amerika səfiri də buna qoşulmağa başlayıb. Amerikalı səfir ictimaiyyət qarşısında Rusiya Federasiyası əleyhinə ittihamlar səsləndirməkdədir”.
Boçarnikov qeyd edib ki, Abş səfiri martın 11-də yerli informasiya agentliklərindən birinə müsahibəsində Rusiya prezidenti barədə personal surətdə kəskin fikir bildirib.
“Belə vəziyyətdə mənim cavab vermək hüququm var. Amerikalı səfirdən fərqli olaraq, mən Birləşmiş Ştatlar prezidentinin fəaliyyətini qiymətləndirməyəcəm. Qiyməti və reytinqləri qoy bu ölkənin ictimaiyyəti versin”, - deyə Rusiya səfiri bildirib.
Ukraynada baş verənlərə gəlincə, Boçarnikov deyib ki, bunun kompleks səbəbləri var.
“İndi baş verənlər əslində Birləşmiş Ştatlar və NATO-nun ayrı-ayrı ölkələrinin birbaşa rəhbərliyi altında 2014-cü ildə Ukraynada baş vermiş antikonstitusion çevrilişdən başlamış və uzanmış böhranın daha da kəskinləşməsidir. O vaxtdan səkkiz il ötüb. Bu müddət ərzində Ukrayna hökuməti və onları idarə edənlər bu ölkəni antirusiya platsdarmına çevirmək üçün əllərindən gələni ediblər”.
Səfirin sözlərinə görə, nəticədə Ukrayna rəhbərliyi rus əhalinin sıxışdırılmasına yönəlik siyasət həyata keçirməyə başlayıb.
Mixail Boçarnikovun müsahibəsi ilə daha ətraflı Xəzər TV-nin videosundan tanış ola bilərsiz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.