https://sputnik.az/20220318/bayram-gunlerinde-vaksin-vurdurmaq-mumkun-olacaqmi-440273326.html
Bayram günlərində vaksin vurdurmaq mümkün olacaqmı?
Bayram günlərində vaksin vurdurmaq mümkün olacaqmı?
Sputnik Azərbaycan
Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 18.03.2022, Sputnik Azərbaycan
2022-03-18T11:41+0400
2022-03-18T11:41+0400
2022-03-18T11:42+0400
səhiyyə
vaksinasiya
peyvənd
novruz bayramı
qeyri-iş günü
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427343247_0:132:3072:1860_1920x0_80_0_0_6f6b452794ec41d7e1c445d1bd22bd21.jpg
BAKI, 18 mart — Sputnik. Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır. Əhalini düşündürən suallardan biri də bayram günlərində koronavirus əleyhinə peyvənd vurdurmaq üçün polikilinikaların, peyvənd məntəqələrinin fəaliyyət göstərib-göstərməyəcəyi barədədir.Sputnik Azərbaycan bu suala aydınlıq gətirmək məqsədilə Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Əhalinin davamlı olaraq vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət göstərəcək. Yalnız 20-21 mart tarixlərində peyvənd məntəqələrində qeyri-iş günü olacaq.Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixində "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında etdiyi dəyişikliklə fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. "Buster" doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmır.Məlumat üçün bildirək ki, qeyri-iş günləri martın 19-da başlayacaq və martın 27-də isə son qeyri-iş günü olacaq.Belə ki, Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq.Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) qeyri-iş günləridir.Növbəti iş günü martın 28-dir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220317/azerbaycanda-vaksinlerin-alinmasi-ucun-xerclenen-pulun-hecmi-melumdur-440231652.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427343247_341:0:3072:2048_1920x0_80_0_0_fb6e1c915473555a1bf7f8fd623c245d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
vaksinasiya, peyvənd, novruz bayramı, qeyri-iş günü
vaksinasiya, peyvənd, novruz bayramı, qeyri-iş günü
Bayram günlərində vaksin vurdurmaq mümkün olacaqmı?
11:41 18.03.2022 (Yenilənib: 11:42 18.03.2022) Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
BAKI, 18 mart — Sputnik. Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır. Əhalini düşündürən suallardan biri də bayram günlərində koronavirus əleyhinə peyvənd vurdurmaq üçün polikilinikaların, peyvənd məntəqələrinin fəaliyyət göstərib-göstərməyəcəyi barədədir.
Sputnik Azərbaycan bu suala aydınlıq gətirmək məqsədilə Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Əhalinin davamlı olaraq vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət göstərəcək. Yalnız 20-21 mart tarixlərində peyvənd məntəqələrində qeyri-iş günü olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixində "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında etdiyi dəyişikliklə fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. "Buster" doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmır.
Məlumat üçün bildirək ki, qeyri-iş günləri martın 19-da başlayacaq və martın 27-də isə son qeyri-iş günü olacaq.
Belə ki, Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) qeyri-iş günləridir.
Növbəti iş günü martın 28-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.