CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-İsmayıllı yolunda qara görə hərəkət istiqaməti dəyişdirildi

© Sputnik / Reshad RashidovQarlı havada yolda qalan avtomobil, arxiv şəkli
Qarlı havada yolda qalan avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Bakı-Quba, Bakı-Qusar istiqamətində qarlı hava şəraiti olsa da, yollar açıqdır.
BAKI, 18 mart — Sputnik. Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-İsmayıllı avtomobil yolunda nəqliyyatın hərəkətində problemlər yaranıb. Vətəndaşlarımız Novruz bayramı münasibətilə rayonlara üz tuturlar. Yollar belə olduqda həmin istiqamətə hərəkət edən sürücülər nə etməlidir?
Bu barədə Sputnik Azərbaycan-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Bakı-İsmayıllı yolunda qarlı hava şəraiti ilə bağlı sərnişindaşıma, eləcə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
"Alternativ olaraq sərnişindaşıma Bakı-Kürdəmir-Qazax yolu vasitəsi ilə həyata keçirilir. Bakı-Zaqatala, Bakı-Balakən yolunda hərəkət davam edir, heç bir çətinlik yoxdur. Bakı-Quba, Bakı-Qusar istiqamətində qarlı hava şəraiti olsa da, yollar açıqdır", - deyə məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0