Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Avtovağzallardan kənar reyslərə nəzarət gücləndiriləcək

© Photo : APAAvtovağzal
Avtovağzal - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Eyni zamanda, sürücülərin avtobusları avtovağzallardan kənarda saxlamalarına dair məlumatlar da əldə ediləcək.
BAKI, 18 mart — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müntəzəm avtobus daşıyıcıları ilə görüş keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən bildirilib.
Məlumata görə, görüşdə daşıyıcıların fəaliyyəti və qarşılaşdıqları problemlər müzakirə olunub, onların təklifləri dinlənilib.
Bildirilib ki, hazırda müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri avtovağzallardan kənar qanunsuz reyslərin həyata keçirilməsidir. Bunun qarşısının alınması üçün şəhərlərarası sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblərin müəyyən edilməsi müzakirə olunub.
Təklif edilib ki, ilkin mərhələdə mərkəzləşdirilmiş monitorinq sistemi yaradılsın və elektron qurğular vasitəsilə marşrutların icrasına nəzarət edilsin.
Həmin qurğularla avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, durma məntəqələri və yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq. Eyni zamanda, sürücülərin avtobusları avtovağzallardan kənarda saxlamalarına dair məlumatlar da əldə ediləcək.
DANX-da avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün müvafiq addımların atılması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0