Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ali məktəblərə sənəd qəbulu başa çatıb

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Qeyd edək ki, sənəd qəbulu martın 4-də başlayıb. Ötən gün 23:59-da başa çatmalı olan proses bu gün 11:00-a qədər uzadılmışdı.
BAKI, 18 mart - Sputnik. 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ümumilikdə 96629 abituriyent ərizəsini təsdiq edib.
Qeyd edək ki, sənəd qəbulu martın 4-də başlayıb. Ötən gün 23:59-da başa çatmalı olan proses bu gün 11:00-a qədər uzadılmışdı.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər. İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Скрепленные канцелярским зажимом документы - Sputnik Azərbaycan, 1920, 17.03.2022
TƏHSİL
Abituriyentlərin nəzərinə! Ərizə qəbulu başa çatır
Xəbər lenti
0