https://sputnik.az/20220318/abseronda-yaginti-ayliq-normadan-cox-olub-440295664.html
Abşeronda yağıntı aylıq normadan çox olub
Abşeronda yağıntı aylıq normadan çox olub
Sputnik Azərbaycan
Respublikanın bir sıra bölgələrində - Quba, Zaqatala, Altağac, Balakən, Mərkəzi Aran rayonları, Biləsuvar, Lənkəran-Astarada yağıntı 65%-dən 87%-ə yüksəlib. 18.03.2022, Sputnik Azərbaycan
2022-03-18T22:28+0400
2022-03-18T22:28+0400
2022-03-18T22:28+0400
yağıntı
cəmiyyət
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479638_0:320:3072:2048_1920x0_80_0_0_209cff409ed4f647a802a2633cf2c435.jpg
BAKI, 18 mart — Sputnik. Martda Abşeron yarımadasında yağıntı aylıq normadan çox olubSputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.O qeyd edib ki, respublikanın bir sıra bölgələrində - Quba, Zaqatala, Altağac, Balakən, Mərkəzi Aran rayonları, Biləsuvar, Lənkəran-Astarada yağıntı 65%-dən 87%-ə yüksəlib.Qeyd edək ki, sabaha da yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479638_341:0:3072:2048_1920x0_80_0_0_ec251c0e3c4334a2b300849960f7cd82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yağıntı, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
yağıntı, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Abşeronda yağıntı aylıq normadan çox olub
Respublikanın bir sıra bölgələrində - Quba, Zaqatala, Altağac, Balakən, Mərkəzi Aran rayonları, Biləsuvar, Lənkəran-Astarada yağıntı 65%-dən 87%-ə yüksəlib.
BAKI, 18 mart — Sputnik. Martda Abşeron yarımadasında yağıntı aylıq normadan çox olub
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, respublikanın bir sıra bölgələrində - Quba, Zaqatala, Altağac, Balakən, Mərkəzi Aran rayonları, Biləsuvar, Lənkəran-Astarada yağıntı 65%-dən 87%-ə yüksəlib.
Qeyd edək ki, sabaha da yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.