https://sputnik.az/20220317/xarkovda-qus-qripi-virusunun-stammlari-toplanib---rusiya-mn-440257596.html
Xarkovda quş qripi virusunun ştammları toplanıb - Rusiya MN
Xarkovda quş qripi virusunun ştammları toplanıb - Rusiya MN
Sputnik Azərbaycan
Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi İqor Kirillov deyib ki, yoluxma proseslərinin idarəolunmaz hala düşə biləcəyi hallar, səbəblər... 17.03.2022, Sputnik Azərbaycan
2022-03-17T17:56+0400
2022-03-17T17:56+0400
2022-03-17T18:02+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
bioloji
laboratoriya
"quş qripi"
https://cdnn1.img.sputnik.az/img/07e4/07/14/424482667_0:233:3072:1961_1920x0_80_0_0_5d80b3219f61194d664242a564b07912.jpg
BAKI, 17 mart — Sputnik. Xarkov Baytarlıq İnstitutu vəhşi quşların vasitəsilə yüksək patogenli quş qripinin ötürülməsi yollarını araşdırır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi İqor Kirillov deyib."Bu fəaliyyət beynəlxalq araşdırma obyekti olmalıdır. "Flu-Fly-Way" layihəsi çərçivəsində Xarkov Baytarlıq İnstitutu yüksək patogenli quş qripinin ötürülməsi üçün daşıyıcı kimi vəhşi quşları tədqiq edib. Eyni zamanda, yoluxma proseslərinin idarəolunmaz hala düşə biləcəyi hallar, səbəblər qiymətləndirilib. Bu, iqtisadi zərər və ərzaq təhlükəsizliyi riskləri yaradır", - deyə Kirillov bildirib.O, qeyd edib ki, institut yüksək epidemik potensiala malik və növlərarası maneəni dəf etməyə qadir olan quş qripi viruslarının ştammlarının toplanması ilə məşğuldur."Bu institutun fəaliyyəti beynəlxalq araşdırma obyektinə çevrilməlidir", - deyə Kirillov bildirib.ABŞ üçün işləyən Ukrayna biolaboratoriyalarıUkraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb. Xüsusi təhlükəli patogenlərin məhv edilməsi haqqında məlumatlar var: "taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin törədiciləri".Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir (DTRA). Layihədə Pentaqona bağlı "Black and Veatch" şirkəti iştirak edib."Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar", - Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220315/lavrov-rusiya-ukraynadaki-laboratoriyalar-meselesine-baxilmasini-teleb-edir-440176131.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/14/424482667_214:0:2945:2048_1920x0_80_0_0_aee90ffa032323bd2878f64275d1ec29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna, bioloji, laboratoriya, "quş qripi"
rusiya, ukrayna, bioloji, laboratoriya, "quş qripi"
Xarkovda quş qripi virusunun ştammları toplanıb - Rusiya MN
17:56 17.03.2022 (Yenilənib: 18:02 17.03.2022) Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi İqor Kirillov deyib ki, yoluxma proseslərinin idarəolunmaz hala düşə biləcəyi hallar, səbəblər qiymətləndirilib.
BAKI, 17 mart — Sputnik. Xarkov Baytarlıq İnstitutu vəhşi quşların vasitəsilə yüksək patogenli quş qripinin ötürülməsi yollarını araşdırır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi İqor Kirillov deyib.
"Bu fəaliyyət beynəlxalq araşdırma obyekti olmalıdır. "Flu-Fly-Way" layihəsi çərçivəsində Xarkov Baytarlıq İnstitutu yüksək patogenli quş qripinin ötürülməsi üçün daşıyıcı kimi vəhşi quşları tədqiq edib. Eyni zamanda, yoluxma proseslərinin idarəolunmaz hala düşə biləcəyi hallar, səbəblər qiymətləndirilib. Bu, iqtisadi zərər və ərzaq təhlükəsizliyi riskləri yaradır", - deyə Kirillov bildirib.
O, qeyd edib ki, institut yüksək epidemik potensiala malik və növlərarası maneəni dəf etməyə qadir olan quş qripi viruslarının ştammlarının toplanması ilə məşğuldur.
"Bu institutun fəaliyyəti beynəlxalq araşdırma obyektinə çevrilməlidir", - deyə Kirillov bildirib.
ABŞ üçün işləyən Ukrayna biolaboratoriyaları
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb. Xüsusi təhlükəli patogenlərin məhv edilməsi haqqında məlumatlar var: "taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin törədiciləri".
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir (DTRA). Layihədə Pentaqona bağlı "Black and Veatch" şirkəti iştirak edib.
"Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar", - Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.