Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov: Rusiya Ukraynadakı laboratoriyalar məsələsinə baxılmasını tələb edir

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
BAKI, 15 mart — Sputnik. Rusiya Ukraynadakı bioloji laboratoriyalar məsələsinə "Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında" (BTWC) Konvensiya çərçivəsində baxılmasını tələb edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bu vəziyyətdə biz birincisi, bu problemin "Bakterioloji (bioloji) və toksin silahlarının qadağan olunması haqqında" Konvensiyaya üzv olan bütün ölkələr üçün nəzərdə tutulan öhdəliklər kontekstində nəzərdən keçirilməsini tələb edəcəyik. İkincisi, biz ikiqat, üçqat səylə çalışacağıq ki, bu Konvensiya çərçivəsində xüsusi yoxlama mexanizminin yaradılması zərurəti ilə bağlı tərəfimizdən 20 il əvvəl irəli sürülmüş təklifə amerikalıların mane olmasını dayandırmağı təmin edək”, - deyə Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla danışıqlardan sonra bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukrayna - Sputnik Azərbaycan, 1920, 15.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ukraynadan təxliyə edilmiş azərbaycanlıların sayı açıqlandı
Xəbər lenti
0