https://sputnik.az/20220317/milli-meclisde-bos-deputat-yerlerinin-sayi-yeddiye-catib-440258388.html
Milli Məclisdə boş deputat yerlərinin sayı yeddiyə çatıb
Milli Məclisdə boş deputat yerlərinin sayı yeddiyə çatıb
Sputnik Azərbaycan
Mərkəzi Seçki Komissiyanın bu gün iclası keçirilib. Şahin Seyidzadənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin... 17.03.2022, Sputnik Azərbaycan
2022-03-17T22:01+0400
2022-03-17T22:01+0400
2022-03-17T22:01+0400
milli məclis
cəmiyyət
deputat
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 17 mart — Sputnik. Milli Məclisdə 7 deputat yeri boş qalıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyanın bu gün keçirilən iclasında Şahin Seyidzadənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.Bununla da parlamentdə boş qalan deputat yerlərinin sayı 7-yə çatıb.Qeyd edək ki, 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.Həmçinin 2 il öncə Milli Məclisə 116 saylı Qəbələ seçki dairəsindən seçilən deputatı Fəttah Heydərov vəfat edib.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunana qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220317/msk-bu-gun-toplanir-deputatin-mandatina-xitam-verilecek-440235202.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, deputat
Milli Məclisdə boş deputat yerlərinin sayı yeddiyə çatıb
Mərkəzi Seçki Komissiyanın bu gün iclası keçirilib. Şahin Seyidzadənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı deputat mandatına xitam verilib
BAKI, 17 mart — Sputnik. Milli Məclisdə 7 deputat yeri boş qalıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyanın bu gün keçirilən iclasında Şahin Seyidzadənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.
Bununla da parlamentdə boş qalan deputat yerlərinin sayı 7-yə çatıb.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.
Həmçinin 2 il öncə Milli Məclisə 116 saylı Qəbələ seçki dairəsindən seçilən deputatı Fəttah Heydərov vəfat edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunana qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.