Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Fövqəladə Hallar Nazirliyində yoxlama keçirilib - FOTO

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanFövqəladə Hallar Nazirliyində yoxlama keçirilib
Fövqəladə Hallar Nazirliyində yoxlama keçirilib - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən nazirliyin müvafiq əmrinə uyğun olaraq yoxlama tədbirləri həyata keçirilib.
BAKI, 17 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən nazirliyin qurumları və regional mərkəzlərində növbəti yoxlama tədbirləri həyata keçirilib. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.
© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanFövqəladə Hallar Nazirliyində yoxlama keçirilib
Fövqəladə Hallar Nazirliyində yoxlama keçirilib - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Fövqəladə Hallar Nazirliyində yoxlama keçirilib
Fövqəladə Hallar Nazirliyi Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən nazirliyin müvafiq əmrinə uyğun olaraq, "Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər"in icrasının təmin edilməsi məqsədilə yoxlama tədbirləri həyata keçirilib.
© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanFövqəladə Hallar Nazirliyində yoxlama keçirilib
Fövqəladə Hallar Nazirliyində yoxlama keçirilib - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Fövqəladə Hallar Nazirliyində yoxlama keçirilib
Şəxsi heyətin döyüş və peşə hazırlığı vəziyyəti, xidmətin təşkili, şəxsi heyətin nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir və peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, şəxsi heyətin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, keçirilən dərslərin keyfiyyətlə aparılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji sahəsində görülmüş işlər, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr yoxlanılıb.
© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanFövqəladə Hallar Nazirliyində yoxlama keçirilib
Fövqəladə Hallar Nazirliyində yoxlama keçirilib - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Fövqəladə Hallar Nazirliyində yoxlama keçirilib
Yoxlama zamanı əməli köməklik göstərilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırlımasına dair müvafiq tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0