https://sputnik.az/20220317/dovlet-komitesinden-avropa-parlamentinin-qetnamesine-etiraz-440239255.html
Dövlət Komitəsindən Avropa Parlamentinin qətnaməsinə etiraz
Dövlət Komitəsindən Avropa Parlamentinin qətnaməsinə etiraz
Sputnik Azərbaycan
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə qınamaqla... 17.03.2022, Sputnik Azərbaycan
2022-03-17T17:36+0400
2022-03-17T17:36+0400
2022-03-17T17:36+0400
avropa parlamenti
siyasət
https://cdnn1.img.sputnik.az/img/42260/69/422606933_0:110:3253:1939_1920x0_80_0_0_d376b4c4e58227eb109d849a51588380.jpg
BAKI, 17 mart — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Parlamentinin martın 10-da qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul edib və həmin sənəd Avropa Parlamentinə göndərilib.Komitədən Sputnik Azərbaycan-a bildiriblər ki, bəyanatda sözügedən qətnamə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınmasına, aqressiv separatizmin açıq şəkildə dəstəklənməsinə, o cümlədən azad edilmiş ərazilərdə Azərbaycana məxsus tarixi, dini-mədəni irsin erməniləşdirilməsinə hüquqi don geyindirilməsi cəhdlərinə yönəlik addım kimi şiddətlə qınanılmış və qərəzli hesab edilib.Sənədin erməni lobbi qruplarının təsiri altında hazırlandığı bildirilərək, onun real vəziyyəti əks etdirmədiyini, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda ermənilərin saxta iddialarını özündə əks etdirdiyi təəssüflə qeyd edilib.Eyni zamanda vurğulanıb ki, qətnamədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində "erməni" abidələri heç bir fakta söykənməyən rəqəmlərlə göstərildiyi halda Azərbaycana məxsus tarixi-dini abidələrin aqibətinə göz yumulur. Belə ki, azad edilmiş ərazilərdə (67 məsciddən 65-i dağıdılmış, Ağdam Cümə məscidi hərbi məqsəd naminə qismən salamat saxlanılmış, Şuşadakı Yuxarı Gövhərağa məscidi isə təmir adı altında saxtalaşdırılaraq fars məscidi kimi təqdim edilmişdir) və bugünkü Ermənistan ərazisində qarşı tərəfdən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımın həyata keçirilməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi, yüzlərlə tarixi-mədəni abidələrlə bərabər, məscid, ziyarətgahların dağıdılması və heyvanlar saxlanılmaqla dini dəyərlərin təhqir edilməsi, həmçinin ölkəmizin Xristianlığa aid irsinin - Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının varisi olduğu Qafqaz Albaniyasının Alban Apostol kilsəsinin, eləcə də pravoslav xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya məhv edilməsi faktı məqsədli şəkildə göstərilmir. Ümumiyyətlə, Azərbaycanın dini-mədəni irsinin məruz qaldığı vandalizm aktları barədə heç bir qeydə rast gəlmək mümkün deyil.Dövlət Komitəsinin bəyanatında işğal dövründə erməni vandalları tərəfindən hətta qəbiristanlıqlara da aman verilmədiyinə, ümumilikdə təqribən 900-dən çox qəbiristanlığın tamamilə dağıdılaraq yerlə bir edilməsinə, qəbir daşlarının sındırılmasına, məzarların qazılaraq cəsədlərin çıxarılmasına, təhqir olunmasına, qəbirüstü abidələrin talan edilməsinə, Azərbaycan vətəndaşlarının 30 il ərzində öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilməsinə diqqət yönəldilib.Etiraz Bəyanatında 44 günlük Vətən müharibəsi müddətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməməsi xarici jurnalistlərin belə dəfələrlə təsdiqlədiyi fakt kimi bir daha vurğulanmışdır. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa edilməsinin bəyan edilməsi, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, "Böyük Qayıdış" proqramı əsasında bərpa prosesinin başlandığı öz əksini tapmışdır. Habelə Azərbaycan tərəfindən bütün ölkə miqyasında olduğu kimi, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələrin Azərbaycan irsinə məxsusluğu və onların qorunmasının Azərbaycan dövlətinin öhdəliyində olmasının müxtəlif kürsülərdən ən yüksək səviyyədə dəfələrlə bildirildiyi qeyd edilib.Şuşada məscidlərlə yanaşı, iki kilsənin bərpası Azərbaycanın abidələrə qarşı fərq qoymaması, əksinə müxtəlif mədəniyyətlərə və dinlərə hörmət nümayiş etdirməsi, bütün dini nümunələri milli-mənəvi dəyərlərinin bir parçası kimi qəbul etməsinin bariz göstəricisi kimi vurğulanıb.Qeyd edilənlərlə yanaşı, Azərbaycanın Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmədiyi və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqliyi, qarşı tərəfin isə əksinə, Konvensiya ilə bərabər "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt", "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozduğu ifadə edilib.Bəyanatda 2022-ci il fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Avropa İttifaqına sədrliyi qismində Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilməsi Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqi olduğu bildirilib, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə nədənsə bu məsələyə ümumiyyətlə toxunulmaması təəssüflə qarşılanıb.Sonda Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə qınamaqla sözügedən qurumu gələcəkdə obyektiv qətnamələrin qəbuluna çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42260/69/422606933_260:0:2991:2048_1920x0_80_0_0_3c4bbede55105a9e2657fce423ac3f1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avropa parlamenti
Dövlət Komitəsindən Avropa Parlamentinin qətnaməsinə etiraz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə qınamaqla sözügedən qurumu gələcəkdə obyektiv qətnamələrin qəbuluna çağırıb.
BAKI, 17 mart — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Parlamentinin martın 10-da qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul edib və həmin sənəd Avropa Parlamentinə göndərilib.
Komitədən Sputnik Azərbaycan-a bildiriblər ki, bəyanatda sözügedən qətnamə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınmasına, aqressiv separatizmin açıq şəkildə dəstəklənməsinə, o cümlədən azad edilmiş ərazilərdə Azərbaycana məxsus tarixi, dini-mədəni irsin erməniləşdirilməsinə hüquqi don geyindirilməsi cəhdlərinə yönəlik addım kimi şiddətlə qınanılmış və qərəzli hesab edilib.
Sənədin erməni lobbi qruplarının təsiri altında hazırlandığı bildirilərək, onun real vəziyyəti əks etdirmədiyini, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda ermənilərin saxta iddialarını özündə əks etdirdiyi təəssüflə qeyd edilib.
Eyni zamanda vurğulanıb ki, qətnamədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində "erməni" abidələri heç bir fakta söykənməyən rəqəmlərlə göstərildiyi halda Azərbaycana məxsus tarixi-dini abidələrin aqibətinə göz yumulur.
Belə ki, azad edilmiş ərazilərdə (67 məsciddən 65-i dağıdılmış, Ağdam Cümə məscidi hərbi məqsəd naminə qismən salamat saxlanılmış, Şuşadakı Yuxarı Gövhərağa məscidi isə təmir adı altında saxtalaşdırılaraq fars məscidi kimi təqdim edilmişdir) və bugünkü Ermənistan ərazisində qarşı tərəfdən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımın həyata keçirilməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi, yüzlərlə tarixi-mədəni abidələrlə bərabər, məscid, ziyarətgahların dağıdılması və heyvanlar saxlanılmaqla dini dəyərlərin təhqir edilməsi, həmçinin ölkəmizin Xristianlığa aid irsinin - Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının varisi olduğu Qafqaz Albaniyasının Alban Apostol kilsəsinin, eləcə də pravoslav xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya məhv edilməsi faktı məqsədli şəkildə göstərilmir. Ümumiyyətlə, Azərbaycanın dini-mədəni irsinin məruz qaldığı vandalizm aktları barədə heç bir qeydə rast gəlmək mümkün deyil.
Dövlət Komitəsinin bəyanatında işğal dövründə erməni vandalları tərəfindən hətta qəbiristanlıqlara da aman verilmədiyinə, ümumilikdə təqribən 900-dən çox qəbiristanlığın tamamilə dağıdılaraq yerlə bir edilməsinə, qəbir daşlarının sındırılmasına, məzarların qazılaraq cəsədlərin çıxarılmasına, təhqir olunmasına, qəbirüstü abidələrin talan edilməsinə, Azərbaycan vətəndaşlarının 30 il ərzində öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilməsinə diqqət yönəldilib.
Etiraz Bəyanatında 44 günlük Vətən müharibəsi müddətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməməsi xarici jurnalistlərin belə dəfələrlə təsdiqlədiyi fakt kimi bir daha vurğulanmışdır.
Hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa edilməsinin bəyan edilməsi, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, "Böyük Qayıdış" proqramı əsasında bərpa prosesinin başlandığı öz əksini tapmışdır. Habelə Azərbaycan tərəfindən bütün ölkə miqyasında olduğu kimi, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələrin Azərbaycan irsinə məxsusluğu və onların qorunmasının Azərbaycan dövlətinin öhdəliyində olmasının müxtəlif kürsülərdən ən yüksək səviyyədə dəfələrlə bildirildiyi qeyd edilib.
Şuşada məscidlərlə yanaşı, iki kilsənin bərpası Azərbaycanın abidələrə qarşı fərq qoymaması, əksinə müxtəlif mədəniyyətlərə və dinlərə hörmət nümayiş etdirməsi, bütün dini nümunələri milli-mənəvi dəyərlərinin bir parçası kimi qəbul etməsinin bariz göstəricisi kimi vurğulanıb.
Qeyd edilənlərlə yanaşı, Azərbaycanın Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmədiyi və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqliyi, qarşı tərəfin isə əksinə, Konvensiya ilə bərabər "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt", "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozduğu ifadə edilib.
Bəyanatda 2022-ci il fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Avropa İttifaqına sədrliyi qismində Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilməsi Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqi olduğu bildirilib, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə nədənsə bu məsələyə ümumiyyətlə toxunulmaması təəssüflə qarşılanıb.
Sonda Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə qınamaqla sözügedən qurumu gələcəkdə obyektiv qətnamələrin qəbuluna çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.