https://sputnik.az/20220317/azerbaycanin-xarici-ticaret-saldosu-keskin-artib-440253793.html
Azərbaycanın xarici ticarət saldosu kəskin artıb
Azərbaycanın xarici ticarət saldosu kəskin artıb
Sputnik Azərbaycan
Ötən 2 ayda xarici ticarət dövriyyəsinin 5,97 milyard dolları ixracın, 1,97 milyard dolları isə idxalın payına düşüb. 17.03.2022, Sputnik Azərbaycan
2022-03-17T23:18+0400
2022-03-17T23:18+0400
2022-03-17T23:18+0400
azərbaycan
iqtisadiyyat
ticarət
idxal
ixrac
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294966_0:102:2000:1227_1920x0_80_0_0_8ad65c9be8834edca58f27d90abdd702.jpg
BAKI, 17 mart — Sputnik. Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7,94 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 80,4% çoxdur.Ötən 2 ayda xarici ticarət dövriyyəsinin 5,97 milyard dolları ixracın, 1,97 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 23,3% artıb.Son nəticədə xarici ticarətdə 4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.Xarici ticarət əlaqələri haqqındaQeyd edək ki, 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 118 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 66 ölkəyə məhsul ixrac olunub, 111 ölkədən idxal olunub.Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3968,7 milyon ABŞ dolları təşkil edib.Ticarət dövriyyəsinin 2993,8 milyon dollarını və ya 75,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 974,9 milyon dollarını (24,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2018,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,8 dəfə, real ifadədə 17,8 faiz, o cümlədən ixrac 25,9 faiz, idxal isə 2,8 faiz artıb.2022-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə həm faktiki qiymətlərlə, həm də real ifadədə 1,6 dəfə artaraq 232,2 milyon dollar təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220317/rubl-ve-karbohidrogenlere-telebat-var---cume-axsami-sovdelesmelerin-yekunu-440263453.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294966_114:0:1887:1330_1920x0_80_0_0_4a6c3679b3e8f5f64a014c6a17deb21d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ticarət, idxal, ixrac
azərbaycan, ticarət, idxal, ixrac
Azərbaycanın xarici ticarət saldosu kəskin artıb
Ötən 2 ayda xarici ticarət dövriyyəsinin 5,97 milyard dolları ixracın, 1,97 milyard dolları isə idxalın payına düşüb.
BAKI, 17 mart — Sputnik. Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7,94 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 80,4% çoxdur.
Ötən 2 ayda xarici ticarət dövriyyəsinin 5,97 milyard dolları ixracın, 1,97 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 23,3% artıb.
Son nəticədə xarici ticarətdə 4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.
Xarici ticarət əlaqələri haqqında
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 118 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 66 ölkəyə məhsul ixrac olunub, 111 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3968,7 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 2993,8 milyon dollarını və ya 75,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 974,9 milyon dollarını (24,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2018,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,8 dəfə, real ifadədə 17,8 faiz, o cümlədən ixrac 25,9 faiz, idxal isə 2,8 faiz artıb.
2022-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə həm faktiki qiymətlərlə, həm də real ifadədə 1,6 dəfə artaraq 232,2 milyon dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.