https://sputnik.az/20220317/azerbaycana-daxil-olan-valyuta-artib-440236637.html
Azərbaycana daxil olan valyuta artıb
Azərbaycana daxil olan valyuta artıb
Sputnik Azərbaycan
Mərkəzi Bankı ötən ilin tədiyə balansını açıqlayıb. 2020-ci ildə tədiyə balansının saldosu mənfi 1 milyard 987,7 milyon dollar təşkil etmişdi. 17.03.2022, Sputnik Azərbaycan
2022-03-17T11:42+0400
2022-03-17T11:42+0400
2022-03-17T11:42+0400
azərbaycan
iqtisadiyyat
azərbaycan mərkəzi bankı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/02/437817353_0:0:3077:1731_1920x0_80_0_0_63b553f56407ed045c8e35444aa2cc00.jpg
BAKI, 17 mart — Sputnik. Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə tədiyə balansını açıqlayıb.Sputnik Azərbaycan xəbər verir ki, ötən il tədiyə balansının saldosu müsbət 3 milyard 81,4 milyon dollar təşkil edib. 2020-ci ildə tədiyə balansının saldosu mənfi 1 milyard 987,7 milyon dollar təşkil etmişdi.Qeyd edilib ki, 2021-ci ildə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib. Cari əməliyyatlar balansında 8,3 mlrd. dollar, profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5,1 mlrd. dollar kəsir yaranıb, ehtiyat aktivləri 3,1 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar/barel olub, qeyri-neft ixracı isə 44% artaraq 2,6 mlrd. dollar səviyyəsində formalaşıb.Xarici ticarət balansıHesabat dövründə Azərbaycanın dünyanın 189 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/02/437817353_177:0:2906:2047_1920x0_80_0_0_403452bc2afd6dea1809c60ced2de8db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, azərbaycan mərkəzi bankı
azərbaycan, azərbaycan mərkəzi bankı
Azərbaycana daxil olan valyuta artıb
Mərkəzi Bankı ötən ilin tədiyə balansını açıqlayıb. 2020-ci ildə tədiyə balansının saldosu mənfi 1 milyard 987,7 milyon dollar təşkil etmişdi.
BAKI, 17 mart — Sputnik. Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə tədiyə balansını açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, ötən il tədiyə balansının saldosu müsbət 3 milyard 81,4 milyon dollar təşkil edib. 2020-ci ildə tədiyə balansının saldosu mənfi 1 milyard 987,7 milyon dollar təşkil etmişdi.
Qeyd edilib ki, 2021-ci ildə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib. Cari əməliyyatlar balansında 8,3 mlrd. dollar, profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5,1 mlrd. dollar kəsir yaranıb, ehtiyat aktivləri 3,1 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar/barel olub, qeyri-neft ixracı isə 44% artaraq 2,6 mlrd. dollar səviyyəsində formalaşıb.
Hesabat dövründə Azərbaycanın dünyanın 189 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.