Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ukraynada həyatını itirən azərbaycanlılar bu gün doğma yurdda dəfn ediləcəklər

© Sputnik / Стрингер / Mediabanka keçidМашина "Скорой помощи" на Украине, фото из архива
Машина Скорой помощи на Украине, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən soydaşlarımızın nəşi vətənə gətirilib.
BAKI, 16 mart - Sputnik. Fevral 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən soydaşlarımızın nəşi vətənə gətirilib və sabah Göygöl rayonunda dəfn olunacaq.
Bu barədə APA-ya dünyasını dəyişən şəxslərin qardaşı Qaçay İsmayılov məlumat verib.
"Yaxınlarımızın nəşi artıq Azərbaycana gətirilib. Sabah (bu gün-red.) səhər saatlarında Gəncəyə çatacaq və Göygöl rayonunda Murovdağ qəbristanlığında dəfn edəcəyik"- deyə Q.İsmayılov ötən gün bildirib.
Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobilddən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandır və Gəncə şəhərində məskunlaşıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0