Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qələbədən ruhlanan müəllim qeyri-adi bayraq hazırlayıb

Abunə olmaq
Yenilənən gün, ay, il müasirliyə texnikanın inkişafına aparır. İllər öncə çətinliklə ərsəyə gələn işlər artıq müasir texnologiyanın hesabına bir düyməni sıxmaqla həll edilir. Amma dövrümüzdə qədim peşələrə, sənət növlərinə maraq göstərənlər də az deyil.
Mingəçevirdə yaşayan Validə Əlizadə bir neçə ildir ki, “Qurama” sənəti ilə məşğuldur.
Uzun illər müəllim, məktəb direktoru və digər məsul vəzifələrdə çalışan xanım təqaüdə çıxdıqdan sonra boş vaxtını səmərəli keçirmək üçün özünün bu bacarığını da üzə çıxarıb. Şəhər sakini müxtəlif rəngli parçalardan, düymələrdən, bəzəkli əşyalardan maraqlı sənət əsərləri yaradır.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində V.Əlizadə 44 günlük Vətən müharibəsində keçirdiyi həyəcanlı anlardan, hər dəfə ordumuz rayonları azad etdikcə sevincinin hədsiz olmasından söz açıb. Qazanılan qələbədən ruhlanaraq ilk dəfə qurama üsulu ilə bayraq hazırladığını da bildirib:
“Ölkəmiz 2020-ci ildə müharibədə zəfər qazanandan sonra mən də belə qərara gəldim ki, bayrağımızı qurama ilə hazırlayım. Eyni zamanda quramanın ətrafını da hərəsi bir növdə etdim ki, əl işi kimi maraqlı olsun. Buna hardasa bir ay vaxt sərf etmişəm”.
V.Əlizadənin hazırladıqları əl işlərində əsasən işlək olmayan əşyalar üstünlük təşkil edir. Düymələrdən hazırlanan kompazisiyalar isə xüsusilə diqqət çəkir. Qeyd edək ki, Mingəçevir sakininin təqaüdə çıxdıqdan sonra hazırladığı əl işlərinə maraq göstərənlər çoxdur. Şəhərdə təşkil olunan müxtəlif tədbirlərdə sərgilənən zaman həmin sənət əsərlərinə görə yüksək məbləğdə pul təklif edənlər də olub. Amma müəllif hələ ki, onları satmağı düşünmür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0