Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Muraşko: "stels-omikron" infeksiyasından necə qorunmaq lazımdır

© Sputnik / Murad OrujovMixail Muraşko
Mixail Muraşko - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Nazir bildirib ki, yeni koronavirus infeksiyasına qarşı peyvənd və revaksinasiya edilmiş insanların "stels-omikrona" yoluxma və ötürmə riskləri əhəmiyyətli dərəcədə aşağıdır.
BAKI, 16 mart — Sputnik. Koronovirusun "omikron" ştamına yoluxmuş şəxslər "stels-omikron" infeksiyasından qorunmanı təmin etmir, ancaq peyvənd və revaksinasiya bu virusdan yan keçməyə kömək edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko qeyd edib.
"Hətta "omikron" xəstəliyinə yoluxanlar peyvənd və vaxtında revaksinasiyadan fərqli olaraq, "stels-omikrondan" etibarlı qorunmanı təmin etmir", - deyə Muraşko jurnalistlərə bildirib.
O qeyd edib ki, mövcud elmi və klinik məlumatlara əsasən, yeni koronavirus infeksiyasına qarşı peyvənd və revaksinasiya edilmiş insanların "stels-omikrona" yoluxma və ötürmə riskləri əhəmiyyətli dərəcədə aşağıdır.
"Bundan əlavə, bir sıra araşdırmalara görə, buster peyvəndindən keçmiş müşahidə qruplarında "stels-omikrona" rast gəlinməyib", - deyə nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Antibiotik - Sputnik Azərbaycan, 1920, 12.03.2022
SƏHİYYƏ
Koronavirusu özbaşına antibiotiklərlə müalicə etmək təhlükəlidir - TƏBİB
Xəbər lenti
0