https://sputnik.az/20220312/koronavirusu-ozbasina-antibiotiklerle-mualice-etmek-tehlukelidir---tebb-440064567.html
Koronavirusu özbaşına antibiotiklərlə müalicə etmək təhlükəlidir - TƏBİB
Koronavirusu özbaşına antibiotiklərlə müalicə etmək təhlükəlidir - TƏBİB
Sputnik Azərbaycan
Martın 11-ə olan məlumata görə, sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.
2022-03-12T08:37+0400
2022-03-12T08:37+0400
2022-03-12T08:37+0400
koronavirus
səhiyyə
antibiotik
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425557697_0:324:3025:2026_1920x0_80_0_0_7ec34ba5ff4b7a62a02ee0beba97b61b.jpg
BAKI, 12 mart — Sputnik. Koronavirus dövründə antibiotiklərin istifadəsi düzgün deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.Onun sözlərinə görə, bu xəstəlik virusla yoluxduğu üçün onun müalicəsində antibiotiklər işə yaramır:“Çünki viruslar hüceyrəvi quruluşa malik deyil. Antibiotiklər bakteriyaları məhv edir. Eyni zamamda daha bir yanlış fakir var ki, antibiotik hərarəti salır. Əksinə, antibiotik hərarət salmaq üçün düzgün vasitə deyil. Antibiotik bakteriyanı öldürür, buna görə hərarət normallaşır”.Şöbə müdiri qeyd edib ki, koronavirus dövründə virus bədəndə viral prosesi başladır, antibiotik istifadəsi zamanı isə ona daha bir bakteriya qoşulur:“İlkin müalicə virus əleyhinə preparatlardır. Ondan sonrakı müddətdə infeksionistlər test aparır, ehtiyac olduğu halda istifadəsi tövsiyə edilir. İnsanların özbaşına koronavirus xəstəliyini antibiotiklərlə müalicə etməsi doğru deyil və olduqca təhlükəlidir”.Xatırladaq ki, martın 11-ə olan məlumata görə, sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahının yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.Azərbaycanda indiyədək ümumilikdə 790 378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib, aktiv xəstə sayı 2 246 nəfərdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220310/pandemiyanin-basa-catmasina-hele-cox-var---ust-440034480.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425557697_0:0:2729:2047_1920x0_80_0_0_1a66958e49c25b0d7faebec6d316973d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
koronavirus zamanı antibiotikdən istifadə ilə bağlı xəbərdarlıq edilib
koronavirus zamanı antibiotikdən istifadə ilə bağlı xəbərdarlıq edilib
Koronavirusu özbaşına antibiotiklərlə müalicə etmək təhlükəlidir - TƏBİB
Martın 11-ə olan məlumata görə, sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.
BAKI, 12 mart — Sputnik. Koronavirus dövründə antibiotiklərin istifadəsi düzgün deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.
Onun sözlərinə görə, bu xəstəlik virusla yoluxduğu üçün onun müalicəsində antibiotiklər işə yaramır:
“Çünki viruslar hüceyrəvi quruluşa malik deyil. Antibiotiklər bakteriyaları məhv edir. Eyni zamamda daha bir yanlış fakir var ki, antibiotik hərarəti salır. Əksinə, antibiotik hərarət salmaq üçün düzgün vasitə deyil. Antibiotik bakteriyanı öldürür, buna görə hərarət normallaşır”.
Şöbə müdiri qeyd edib ki, koronavirus dövründə virus bədəndə viral prosesi başladır, antibiotik istifadəsi zamanı isə ona daha bir bakteriya qoşulur:
“İlkin müalicə virus əleyhinə preparatlardır. Ondan sonrakı müddətdə infeksionistlər test aparır, ehtiyac olduğu halda istifadəsi tövsiyə edilir. İnsanların özbaşına koronavirus xəstəliyini antibiotiklərlə müalicə etməsi doğru deyil və olduqca təhlükəlidir”.
Xatırladaq ki, martın 11-ə olan məlumata görə, sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahının yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib, aktiv xəstə sayı 2 246 nəfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.