Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Metroda qatarların hərəkətində yubanma olub

© Sputnik / Murad OrujovBakı metrosunda qatar, arxiv şəkli
Bakı metrosunda qatar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq
BAKI, 16 mart - Sputnik. Bakı metrosunda qatarların hərəkətində yubanma olub.
Sputnik Azərbaycan bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
"Yaşıl xətt üzrə "28 May-Nizami" mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb. Bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib. Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib.
Bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq", - QSC-dən bildirilib.
Qeyd edilir ki, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı metrosunda sərnişinlər - Sputnik Azərbaycan, 1920, 17.02.2022
CƏMİYYƏT
Tətil bitdi, metro və avtobuslarda basabas nə vaxt bitəcək?
Xəbər lenti
0