CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıbala Abutalıbovun köməkçisi azadlığa buraxılıb

© AFP 2024 / STEPHANE DE SAKUTINMəhkəmə zalı, arxiv şəkli
Məhkəmə zalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Qərara əsasən Rasim Quliyevin cəzası dəyişərək 2 il müddətinə şərti hesab olunub.
BAKI, 16 mart — Sputnik. Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyiilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən Rasim Quliyevin cəzası dəyişərək 2 il müddətinə şərti hesab olunub.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0