https://sputnik.az/20220316/azerbaycanda-nece-surusme-sahesi-movcuddur---etsn-aciqladi-440196192.html
Azərbaycanda neçə sürüşmə sahəsi mövcuddur? - ETSN açıqladı
Azərbaycanda neçə sürüşmə sahəsi mövcuddur? - ETSN açıqladı
Sputnik Azərbaycan
Bildirilib ki, ölkə ərazisində aktivliyi ilə seçilən sürüşmə prosesləri Geoloji Kəşfiyyat Xidməti tərəfindən icra edilən monitorinq nəticəsində daimi olaraq... 16.03.2022, Sputnik Azərbaycan
2022-03-16T12:00+0400
2022-03-16T12:00+0400
2022-03-16T12:00+0400
azərbaycan
cəmiyyət
sürüşmə
zona
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0d/438129275_326:0:3803:1956_1920x0_80_0_0_438b93009d930c961c258d5ae9519801.jpg
BAKI, 16 mart — Sputnik. "Hazırda ölkə ərazisində 99 iri və lokal sürüşmə sahəsi mövcuddur".Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, ölkə ərazisində aktivliyi ilə seçilən sürüşmə prosesləri Geoloji Kəşfiyyat Xidməti tərəfindən icra edilən monitorinq nəticəsində daimi olaraq nəzarətdə saxlanılır:"Azərbaycan ərazisində aktiv sürüşmə prosesləri əsasən Abşeron yarımadası, xüsusilə Bakı ərazisində, şimal bölgəsində isə Şamaxı-İsmayıllı, Talış dağlıq zonasında daha çox qeydə alınıb".O qeyd edib ki, Abşeron yarımadasında sürüşmə sahələri əsasən Badamdar qəsəbəsində, Nübar yaşayış massivi və Masazır ərazisində Zəligölü sahəsi, Zığ-1, Zığ-2 və Xətai rayonundakı qəbiristanlığın ərazisində qeydə alınıb. Bu ərazilərdə davamlı monitorinqlər icra edilir.Xidmət rəisi sürüşmə sahələrində aparılan bərpa işlərindən də danışıb.O deyib ki, Badamdar sahəsində artıq fundamental istinad divarları qurulur: "Bu divarlar sürüşmənin qarşısını alan vasitə hesab edilə bilər. Zığ-1, Zığ-2 sahəsində klassik sürüşmə müşahidə edildiyinə görə bəzi hallarda burada kiçik çatlar əmələ gəlir, amma onlar böyük sürüşmənin baş verməsi üçün lazımi gücdə deyil. Qaraçuxur sürüşmə sahəsində də müvafiq bərpa-quruculuq işləri görülür. Babək prospektindən Günəşliyə doğru gedən yolun sağ çiynində artıq fundamental bərkitmə divarı qurulmaqdadır. Burada müəyyən vaxtlarda baş verən uçqun prosesinin qarşısı artıq alınıb. Abşeron yarımadasında yalnız Nübar massivində zəif aktivlik müşahidə edilir".Əli Əliyev qeyd edib ki, şimal bölgəsində, Şamaxı-İsmayıllı zonasında sürüşmə prosesləri müşahidə edilməyib:"Baxmayaraq ki, mövsümi xarakterli aktivləşmə adətən atmosfer çöküntülərinin intensiv düşdüyü zamanlar daha sürətlə baş verə bilər. Hazırda belə hallar müşahidə edilmir".Əli Əliyev son günlər ölkə ərazisində baş verən sürüşmə hadisələri haqda da məlumat verib. O deyib ki, yalnız cənub bölgəsində yəni, Lənkəran və Lerik rayonları ərazisində lokal sürüşmə sahələri qeyd edilib: "Lənkəran rayonu Türkəncil kəndi ərazisində uzunluğu 140-150, eni 75-80 m olan lokal sürüşmə sahəsi qeydə alınıb. Bu sürüşmə sahəsində kütlənin böyük məsafədə yerdəyişməsi olmasa da, daha çox çökmə-sürüşmə xarakterli proseslər baş verib.Digər sürüşmə-çökmə hadisəsi Lerik rayonu Hamarat kəndində uzunluğu 190-200 m, eni 65-70 m olmaqla qeydə alınıb. Hazırda bir ev təhlükəli vəziyyətdədir. Lənkəran-Lerik rayonunun 45-50-ci kilometrliyində hazırda Hirkan Biləsər yolunun 15-18-ci kilometrliyində hər ikisində yolun sol çiynində əsasən yuyulma prosesləri nəticəsində sürüşmə xarakterli uçqunlar baş verib. Ümumən ölkə ərazisində sürüşmə proseslərinin geoloji aktivliyində dinamika müşahidə edilmir".Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində sakinlər və məktəblilərin istifadə etdiyi pilləkənli piyada yolunun torpaq sürüşməsi nəticəsində dağılıb, qəzalı hala düşməsi ilə bağlı son günlər sosial mediada yayılan məlumata münasibət bildirən Xidmət rəisi bu ərazidə yeni sürüşmə hadisəsinin qeydə alınmadığını, əvvəllər baş vermiş klassik sürüşmə hadisəsindən qalan ocağın zaman-zaman aktivləşdiyini qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220315/tikinti-materiallari-bazarinda-qiymetler-kelle-carxda---sirketler-behi-geri-qaytarir-440125390.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0d/438129275_760:0:3368:1956_1920x0_80_0_0_b0f99689caa514dda5dc441d0b040713.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, sürüşmə, zona
azərbaycan, sürüşmə, zona
Azərbaycanda neçə sürüşmə sahəsi mövcuddur? - ETSN açıqladı
Bildirilib ki, ölkə ərazisində aktivliyi ilə seçilən sürüşmə prosesləri Geoloji Kəşfiyyat Xidməti tərəfindən icra edilən monitorinq nəticəsində daimi olaraq nəzarətdə saxlanılır.
BAKI, 16 mart — Sputnik. "Hazırda ölkə ərazisində 99 iri və lokal sürüşmə sahəsi mövcuddur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində aktivliyi ilə seçilən sürüşmə prosesləri Geoloji Kəşfiyyat Xidməti tərəfindən icra edilən monitorinq nəticəsində daimi olaraq nəzarətdə saxlanılır:
"Azərbaycan ərazisində aktiv sürüşmə prosesləri əsasən Abşeron yarımadası, xüsusilə Bakı ərazisində, şimal bölgəsində isə Şamaxı-İsmayıllı, Talış dağlıq zonasında daha çox qeydə alınıb".
O qeyd edib ki, Abşeron yarımadasında sürüşmə sahələri əsasən Badamdar qəsəbəsində, Nübar yaşayış massivi və Masazır ərazisində Zəligölü sahəsi, Zığ-1, Zığ-2 və Xətai rayonundakı qəbiristanlığın ərazisində qeydə alınıb. Bu ərazilərdə davamlı monitorinqlər icra edilir.
Xidmət rəisi sürüşmə sahələrində aparılan bərpa işlərindən də danışıb.
O deyib ki, Badamdar sahəsində artıq fundamental istinad divarları qurulur: "Bu divarlar sürüşmənin qarşısını alan vasitə hesab edilə bilər. Zığ-1, Zığ-2 sahəsində klassik sürüşmə müşahidə edildiyinə görə bəzi hallarda burada kiçik çatlar əmələ gəlir, amma onlar böyük sürüşmənin baş verməsi üçün lazımi gücdə deyil. Qaraçuxur sürüşmə sahəsində də müvafiq bərpa-quruculuq işləri görülür. Babək prospektindən Günəşliyə doğru gedən yolun sağ çiynində artıq fundamental bərkitmə divarı qurulmaqdadır. Burada müəyyən vaxtlarda baş verən uçqun prosesinin qarşısı artıq alınıb. Abşeron yarımadasında yalnız Nübar massivində zəif aktivlik müşahidə edilir".
Əli Əliyev qeyd edib ki, şimal bölgəsində, Şamaxı-İsmayıllı zonasında sürüşmə prosesləri müşahidə edilməyib:
"Baxmayaraq ki, mövsümi xarakterli aktivləşmə adətən atmosfer çöküntülərinin intensiv düşdüyü zamanlar daha sürətlə baş verə bilər. Hazırda belə hallar müşahidə edilmir".
Əli Əliyev son günlər ölkə ərazisində baş verən sürüşmə hadisələri haqda da məlumat verib. O deyib ki, yalnız cənub bölgəsində yəni, Lənkəran və Lerik rayonları ərazisində lokal sürüşmə sahələri qeyd edilib: "Lənkəran rayonu Türkəncil kəndi ərazisində uzunluğu 140-150, eni 75-80 m olan lokal sürüşmə sahəsi qeydə alınıb. Bu sürüşmə sahəsində kütlənin böyük məsafədə yerdəyişməsi olmasa da, daha çox çökmə-sürüşmə xarakterli proseslər baş verib.
Digər sürüşmə-çökmə hadisəsi Lerik rayonu Hamarat kəndində uzunluğu 190-200 m, eni 65-70 m olmaqla qeydə alınıb. Hazırda bir ev təhlükəli vəziyyətdədir. Lənkəran-Lerik rayonunun 45-50-ci kilometrliyində hazırda Hirkan Biləsər yolunun 15-18-ci kilometrliyində hər ikisində yolun sol çiynində əsasən yuyulma prosesləri nəticəsində sürüşmə xarakterli uçqunlar baş verib. Ümumən ölkə ərazisində sürüşmə proseslərinin geoloji aktivliyində dinamika müşahidə edilmir".
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində sakinlər və məktəblilərin istifadə etdiyi pilləkənli piyada yolunun torpaq sürüşməsi nəticəsində dağılıb, qəzalı hala düşməsi ilə bağlı son günlər sosial mediada yayılan məlumata münasibət bildirən Xidmət rəisi bu ərazidə yeni sürüşmə hadisəsinin qeydə alınmadığını, əvvəllər baş vermiş klassik sürüşmə hadisəsindən qalan ocağın zaman-zaman aktivləşdiyini qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.