https://sputnik.az/20220316/azerbaycanda-erzaq-tehlukesizliyi-nece-temin-edilir-440206239.html
Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir?
Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir?
Sputnik Azərbaycan
Hər il martın 15-də Ümumdünya İstehlakçı Hüquqları Günü qeyd olunur. Videomuzda Azərbaycanda ərzaq təhlükəsizliyinin necə təmin olunduğuna baxın. 16.03.2022, Sputnik Azərbaycan
2022-03-16T17:43+0400
2022-03-16T17:43+0400
2022-03-16T17:47+0400
video
azərbaycan
ərzaq təhlükəsizliyi
eyyub hüseynov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440206194_0:0:1920:1080_1920x0_80_0_0_34faad45690af298e6b84eaccbc9df9a.jpg
Hər il martın 15-də Ümumdünya İstehlakçı Hüquqları Günü qeyd olunur. Videomuzda Azərbaycanda ərzaq təhlükəsizliyinin necə təmin olunduğuna baxın.Qida təhlükəsizliyi problemləri bütün ölkələrdə mövcuddur və Azərbaycan da istisna deyil. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov deyib."Ərzaq təhlükəsizliyi və ərzaqların təhlükəsizliyi fərqli anlayışlardır. Təsadüfi deyil ki, biz üç ilə yaxındır fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) yaratmışıq", - Hüseynov bildirib.Ekspert hesab edir ki, görülən işlərə baxmayaraq, bütün problemlər tam həllini tapmayıb.O bildirib ki, insanlar ərzaq çatışmazlığından narahatdırlar."Məsələn, bazarın kolbasa və ət məhsullarına aid olan seqmenti təxminən 70% qonşu ölkələrdən asılıdır və yerli istehsal bütün tələbatı ödəmir", - Hüseynov hesab edir.Sputnik Azərbaycan -ın həmsöhbəti qeyd edib ki, Avropa bazarına balıq, qoz-fındıq, kürü kimi yerli istehsal olunan ərzaqların yalnız bir neçə növü daxil olur.Ekspert onu da vurğulayıb ki, AGTA kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin rasional işləməsi, Rusiya və digər qonşu ölkələrin bazarlarına çıxması üçün çalışır.“Novruz bayramı öncəsi bahalaşmaya gəlincə, onu deyə bilərəm ki, ölkədə bir dəfə bahalaşandan sonra, heç vaxt aşağı düşmür”, - deyə Hüseynov fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir?
Sputnik Azərbaycan
Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir?
2022-03-16T17:43+0400
true
PT3M54S
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440206194_240:0:1680:1080_1920x0_80_0_0_6d91ef721525c0069ba54ec1d1e3d746.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ərzaq təhlükəsizliyi, видео, eyyub hüseynov
azərbaycan, ərzaq təhlükəsizliyi, видео, eyyub hüseynov
Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir?
17:43 16.03.2022 (Yenilənib: 17:47 16.03.2022) Hər il martın 15-də Ümumdünya İstehlakçı Hüquqları Günü qeyd olunur. Videomuzda Azərbaycanda ərzaq təhlükəsizliyinin necə təmin olunduğuna baxın.
Hər il martın 15-də Ümumdünya İstehlakçı Hüquqları Günü qeyd olunur. Videomuzda Azərbaycanda ərzaq təhlükəsizliyinin necə təmin olunduğuna baxın.
Qida təhlükəsizliyi problemləri bütün ölkələrdə mövcuddur və Azərbaycan da istisna deyil. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov deyib.
"Ərzaq təhlükəsizliyi və ərzaqların təhlükəsizliyi fərqli anlayışlardır. Təsadüfi deyil ki, biz üç ilə yaxındır fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) yaratmışıq", - Hüseynov bildirib.
Ekspert hesab edir ki, görülən işlərə baxmayaraq, bütün problemlər tam həllini tapmayıb.
O bildirib ki, insanlar ərzaq çatışmazlığından narahatdırlar.
"Məsələn, bazarın kolbasa və ət məhsullarına aid olan seqmenti təxminən 70% qonşu ölkələrdən asılıdır və yerli istehsal bütün tələbatı ödəmir", - Hüseynov hesab edir.
Sputnik Azərbaycan -ın həmsöhbəti qeyd edib ki, Avropa bazarına balıq, qoz-fındıq, kürü kimi yerli istehsal olunan ərzaqların yalnız bir neçə növü daxil olur.
Ekspert onu da vurğulayıb ki, AGTA kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin rasional işləməsi, Rusiya və digər qonşu ölkələrin bazarlarına çıxması üçün çalışır.
“Novruz bayramı öncəsi bahalaşmaya gəlincə, onu deyə bilərəm ki, ölkədə bir dəfə bahalaşandan sonra, heç vaxt aşağı düşmür”, - deyə Hüseynov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.