https://sputnik.az/20220315/zaqatalada-ilaxir-cersenbe-maxaralar-bisir-tonqallar-qalanir-danburlar-calinir-440133049.html
Zaqatalada ilaxır çərşənbə: Maxaralar bişir, tonqallar qalanır, danburlar çalınır
Zaqatalada ilaxır çərşənbə: Maxaralar bişir, tonqallar qalanır, danburlar çalınır
Sputnik Azərbaycan
Azərbaycanda yaşayan azsaylı xalqlar da "Novruz Bayramı"nı maraqlı qeyd edirlər. 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T11:00+0400
2022-03-15T11:00+0400
2022-03-15T11:00+0400
video
novruz
novruz bayramı
torpaq çərşənbəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440133019_0:0:1920:1080_1920x0_80_0_0_6d0714844bcd537c23a716b2d00ae158.jpg
Zaqatalada yaşayan avarlar bayramı çox şən, həvəslə qarşılayırlar.Torpaq (ilaxır) çərşənbəsini avar xalqının necə keçirdiyini görmək üçün Sputnik Azərbaycan-ın əməkdaşları Zaqatalanın Dardoqqaz kəndində Şəhmir Qasımovun evində olub.Çərşənbədə ilk öncə həyət süpürülür, təmizlik işləri görülür. Daha sonra gözəl şirniyyat süfrəsi hazırlanır. Ardınca yemək süfrəsi açılır və yaxın qohumlar, qonşular təbrikə gəlirlər.Avarların bayram süfrəsində mütləq onlara məxsus şor və gicitkəndən hazırlanan "girs" adlı xəmir xörəyi hazırlanır. Bundan başqa, milli mətbəximizdən plov, dolma da mütləq süfrədə olur.Ailə ilaxır çərşənbədə həyətdə qaladığı ocaqda sacın üstündə avarlara məxsus "Maxara"adlı yeməyi bişirirlər. Maxaranın yanında mütləq samovar çay içilir. Uşaqlar qaynadılıb bəzədilmiş yumurtaları döyüşdürür, yelləncəkdə yellənir və ocaq üzərindən atlanırlar.Bayramı şən keçirmək üçün şimal bölgəsində məşhur olan çalğı aləti dambur (tənburun Balakən, Qax və Zaqatala bölgəsində yerli əhalinin ləhcəsində deyilişidir-red.) çalınır. Şimal-Qərb rayonlarının məşhur dambur ifaçısı Məhəmməd Mikayıloğlu və digər çalğı alətlərində ifa edənlər məclisə böyük nəşə qatmış olurlar.Çərşənbədə uşaqlar avarlara məxsus milli rəqsləri də məmnuniyyətlə ifa edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zaqatalada ilaxır çərşənbə: Maxaralar bişir, tonqallar qalanır, danburlar çalınır
Sputnik Azərbaycan
Zaqatalada ilaxır çərşənbə: Maxaralar bişir, tonqallar qalanır, danburlar çalınır
2022-03-15T11:00+0400
true
PT2M58S
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440133019_240:0:1680:1080_1920x0_80_0_0_cbc2cebbafbf1b14b4f9fd726a248155.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
novruz, novruz bayramı, torpaq çərşənbəsi, видео
novruz, novruz bayramı, torpaq çərşənbəsi, видео
Zaqatalada ilaxır çərşənbə: Maxaralar bişir, tonqallar qalanır, danburlar çalınır
Azərbaycanda yaşayan azsaylı xalqlar da "Novruz Bayramı"nı maraqlı qeyd edirlər.
Zaqatalada yaşayan avarlar bayramı çox şən, həvəslə qarşılayırlar.
Torpaq (ilaxır) çərşənbəsini avar xalqının necə keçirdiyini görmək üçün Sputnik Azərbaycan-ın əməkdaşları Zaqatalanın Dardoqqaz kəndində Şəhmir Qasımovun evində olub.
Çərşənbədə ilk öncə həyət süpürülür, təmizlik işləri görülür. Daha sonra gözəl şirniyyat süfrəsi hazırlanır. Ardınca yemək süfrəsi açılır və yaxın qohumlar, qonşular təbrikə gəlirlər.
Avarların bayram süfrəsində mütləq onlara məxsus şor və gicitkəndən hazırlanan "girs" adlı xəmir xörəyi hazırlanır. Bundan başqa, milli mətbəximizdən plov, dolma da mütləq süfrədə olur.
Ailə ilaxır çərşənbədə həyətdə qaladığı ocaqda sacın üstündə avarlara məxsus "Maxara"adlı yeməyi bişirirlər. Maxaranın yanında mütləq samovar çay içilir. Uşaqlar qaynadılıb bəzədilmiş yumurtaları döyüşdürür, yelləncəkdə yellənir və ocaq üzərindən atlanırlar.
Bayramı şən keçirmək üçün şimal bölgəsində məşhur olan çalğı aləti dambur (tənburun Balakən, Qax və Zaqatala bölgəsində yerli əhalinin ləhcəsində deyilişidir-red.) çalınır. Şimal-Qərb rayonlarının məşhur dambur ifaçısı Məhəmməd Mikayıloğlu və digər çalğı alətlərində ifa edənlər məclisə böyük nəşə qatmış olurlar.
Çərşənbədə uşaqlar avarlara məxsus milli rəqsləri də məmnuniyyətlə ifa edirlər.