https://sputnik.az/20220315/tarixi-abidelerin-fonunda-sekil-cekdirenlerin-fotolari-sergide-numayis-olunacaq-440121752.html
Tarixi abidələrin fonunda şəkil çəkdirənlərin fotoları sərgidə nümayiş olunacaq
Tarixi abidələrin fonunda şəkil çəkdirənlərin fotoları sərgidə nümayiş olunacaq
Sputnik Azərbaycan
Tarixi məkanları ziyarət edən hər kəs abidələrin fonunda çəkdirdiyi fotoları info@heritage.gov.az elektron ünvanına göndərə bilər.Göndərilən fotolardan ən... 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T09:01+0400
2022-03-15T09:01+0400
2022-03-15T09:01+0400
abidə
mədəniyyət
tarixi abidə
azərbaycan
qobustan
içərişəhər dövlət tarix-memarlıq qoruğu
şirvanşahlar
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427406967_0:159:3079:1890_1920x0_80_0_0_2f4c76f851c86416dc9336e51a93da13.jpg
BAKI, 15 mart — Sputnik. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə "18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" qeyd olunacaq.Sputnik Azərbaycan xəbər verir ki, əlamətdar gün münasibətilə ölkə vətəndaşlarının tarixi abidələrin fonunda çəkdirdiyi şəkillərin onlayn sərgilənməsi nəzərdə tutulur.Tarixi məkanları ziyarət edən hər kəs abidələrin fonunda çəkdirdiyi fotoları info@heritage.gov.az elektron ünvanına göndərə bilər.Göndərilən fotolardan ən yaxşıları seçilərək Dövlət Xidmətinin rəsmi "Facebook" səhifəsində nümayiş olunacaq.Məlumat üçün bildirək ki, 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.Qeyd edək ki, Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə ("Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu) UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Onlardan biri – Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427406967_173:0:2904:2048_1920x0_80_0_0_900d1887a7ea9a5d262a78dc5b61cab3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abidə, tarixi abidə, azərbaycan, qobustan, içərişəhər dövlət tarix-memarlıq qoruğu, şirvanşahlar
abidə, tarixi abidə, azərbaycan, qobustan, içərişəhər dövlət tarix-memarlıq qoruğu, şirvanşahlar
Tarixi abidələrin fonunda şəkil çəkdirənlərin fotoları sərgidə nümayiş olunacaq
Tarixi məkanları ziyarət edən hər kəs abidələrin fonunda çəkdirdiyi fotoları info@heritage.gov.az elektron ünvanına göndərə bilər.Göndərilən fotolardan ən yaxşıları seçilərək Dövlət Xidmətinin rəsmi "Facebook" səhifəsində nümayiş olunacaq
BAKI, 15 mart — Sputnik. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə "18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" qeyd olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, əlamətdar gün münasibətilə ölkə vətəndaşlarının tarixi abidələrin fonunda çəkdirdiyi şəkillərin onlayn sərgilənməsi nəzərdə tutulur.
Tarixi məkanları ziyarət edən hər kəs abidələrin fonunda çəkdirdiyi fotoları info@heritage.gov.az elektron ünvanına göndərə bilər.Göndərilən fotolardan ən yaxşıları seçilərək Dövlət Xidmətinin rəsmi "Facebook" səhifəsində nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Qeyd edək ki, Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə ("Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu) UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Onlardan biri – Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.