https://sputnik.az/20220315/susa-sohbetleri-layihesi-ictimaiyyete-teqdim-olundu-440163486.html
“Şuşa söhbətləri” layihəsi ictimaiyyətə təqdim olundu
“Şuşa söhbətləri” layihəsi ictimaiyyətə təqdim olundu
Sputnik Azərbaycan
“Şuşa söhbətləri” layihəsinin məqsədi ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin Qarabağın... 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T13:10+0400
2022-03-15T13:10+0400
2022-03-15T13:10+0400
şuşa
mədəniyyət
anar kərimov
tədbir
fəxriyyə xələfova
reza deqati
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1d/438655753_0:256:2730:1792_1920x0_80_0_0_c4bdd830e17cd733bc0bd4a82b60dacc.jpg
BAKI, 15 mart — Sputnik. Bu gün Beynəlxalq Muğam Mərkəzində "Shusha talks" ("Şuşa söhbətləri") layihəsinin təqdimat mərasimi baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Şuşa ili ilə bağlı məlumat verib. Bildirilib ki, Şuşa ili çərçivəsində Şuşanın tarixi abidələri, ədəbiyyati, Şuşanın məhəlləri və əfsanələri yer alacaq. Layihə vasitəsilə işğal müddətində olan halının və indiki vəziyyətinin təqdimatı olacaq. Şuşa ili ilə bağlı ədəbiyyat müsabiqəsi olacaq. Qalib olan pyes 2000 manat məbləğində mükafat alacaq. Və həmin pyes dövlət hesabına tamaşaya qoyulacaq.Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək ki, bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Nazir vurğulayıb ki, Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır: "Bu layihə vasitəsilə Şuşanın məşhur insanları, məşhur bloggerləri, Şuşanin məşhur memarları, incəsənət adamları, Şuşada vuruşan insanlari bu layihəyə cəlb etmək istəyirik. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik". A.Kərimov keçirilən layihələrlə Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacağını bildirib. O, həmçinin qeyd edib ki, bu cür tədbirlərlə il boyu müzakirələr həyata keçiriləcək."İstəyirəm ki, Şuşa abidələr şəhəri olsun. Şuşanın ən yüksək yerində Şuşa əsgərinin heykəli ucalsın. Həmin heykəl şəhərin hər yerindən görünsün. Bundan başqa, mən orada Milli Konservatoriyasının olmasını arzu edərdim. Axı Şuşa həm də bizim Muğam ocağımıdir". Bunu isə Əməkdar mədəniyyət işçisi Rahib Azəri bildirdi.Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova çıxışında bildirib ki, bu layihə vasitəsilə istedadlı insanlar bu öz bacarıqlarını nümayiş etdirəcəklər: "Mən də artıq yaradıcılıq sənayemə başlamışam. Xarıbülbül gülünü bütün geyimlərdə istifadə etmişəm. Bu da dünya ictimaiyyətininin marağına səbəb olub. Bu il həm də Qarabağin milli geyimlərininin kolleksiyasıni yaradırıq. Xan qızı Natəvanın yubileyi münasibəti ilə Xan qızının kəlağayısının hazırlanması üzərində iş gedir".Dünya şöhrətli fotoqraf Reza Deqati Şuşa ilə bağlı xatirələrini bölüşərkən bildirdi ki, orada foto məktəbinin yaradılmasını istəyir: "Dünyanin nadir şəhərlərindəndir ki, burada bütün sahələrdə olan istedadlı insanlar çıxıb. Şuşada muğam məktəbi olub. Mən çox istəyirəm ki, Şuşada foto məktəbi yaradım. Qoy bütün dünya fotoqrafalari buraya gəlsin və foto vasitəsilə Şuşanı dünyada tanıdım".Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, elə bir gün gələcək ki, biz Şuşanın necə dircəldəcəyimiz barədə danışmayacağıq: "Şəhərlər var, amma ruhu yoxdur. Amma Şuşanın ruhu var. Ona görə də burada çıxanlar çox istedadlı insanlar olub. Kimlər yoxdur, bəstəkarlar, yazıçılar, şairlər, muğam ustadları olub".Tədbirdə tanınmış sənət adamları və Şuşa uğrunda döyüşən qazilərimiz də iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1d/438655753_0:0:2730:2048_1920x0_80_0_0_13a2c010c796c363e50f8a134f5f5a5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, anar kərimov, tədbir, fəxriyyə xələfova, reza deqati
şuşa, anar kərimov, tədbir, fəxriyyə xələfova, reza deqati
“Şuşa söhbətləri” layihəsi ictimaiyyətə təqdim olundu
“Şuşa söhbətləri” layihəsinin məqsədi ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin Qarabağın dirçəlişi ilə bağlı fikirlərini öyrənməkdir.
BAKI, 15 mart — Sputnik. Bu gün Beynəlxalq Muğam Mərkəzində "Shusha talks" ("Şuşa söhbətləri") layihəsinin təqdimat mərasimi baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Şuşa ili ilə bağlı məlumat verib.
Bildirilib ki, Şuşa ili çərçivəsində Şuşanın tarixi abidələri, ədəbiyyati, Şuşanın məhəlləri və əfsanələri yer alacaq. Layihə vasitəsilə işğal müddətində olan halının və indiki vəziyyətinin təqdimatı olacaq. Şuşa ili ilə bağlı ədəbiyyat müsabiqəsi olacaq. Qalib olan pyes 2000 manat məbləğində mükafat alacaq. Və həmin pyes dövlət hesabına tamaşaya qoyulacaq.
Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək ki, bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Nazir vurğulayıb ki, Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır: "Bu layihə vasitəsilə Şuşanın məşhur insanları, məşhur bloggerləri, Şuşanin məşhur memarları, incəsənət adamları, Şuşada vuruşan insanlari bu layihəyə cəlb etmək istəyirik. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik".
A.Kərimov keçirilən layihələrlə Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacağını bildirib. O, həmçinin qeyd edib ki, bu cür tədbirlərlə il boyu müzakirələr həyata keçiriləcək.
"İstəyirəm ki, Şuşa abidələr şəhəri olsun. Şuşanın ən yüksək yerində Şuşa əsgərinin heykəli ucalsın. Həmin heykəl şəhərin hər yerindən görünsün. Bundan başqa, mən orada Milli Konservatoriyasının olmasını arzu edərdim. Axı Şuşa həm də bizim Muğam ocağımıdir". Bunu isə Əməkdar mədəniyyət işçisi Rahib Azəri bildirdi.
Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova çıxışında bildirib ki, bu layihə vasitəsilə istedadlı insanlar bu öz bacarıqlarını nümayiş etdirəcəklər: "Mən də artıq yaradıcılıq sənayemə başlamışam. Xarıbülbül gülünü bütün geyimlərdə istifadə etmişəm. Bu da dünya ictimaiyyətininin marağına səbəb olub. Bu il həm də Qarabağin milli geyimlərininin kolleksiyasıni yaradırıq. Xan qızı Natəvanın yubileyi münasibəti ilə Xan qızının kəlağayısının hazırlanması üzərində iş gedir".
Dünya şöhrətli fotoqraf Reza Deqati Şuşa ilə bağlı xatirələrini bölüşərkən bildirdi ki, orada foto məktəbinin yaradılmasını istəyir: "Dünyanin nadir şəhərlərindəndir ki, burada bütün sahələrdə olan istedadlı insanlar çıxıb. Şuşada muğam məktəbi olub. Mən çox istəyirəm ki, Şuşada foto məktəbi yaradım. Qoy bütün dünya fotoqrafalari buraya gəlsin və foto vasitəsilə Şuşanı dünyada tanıdım".
Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, elə bir gün gələcək ki, biz Şuşanın necə dircəldəcəyimiz barədə danışmayacağıq: "Şəhərlər var, amma ruhu yoxdur. Amma Şuşanın ruhu var. Ona görə də burada çıxanlar çox istedadlı insanlar olub. Kimlər yoxdur, bəstəkarlar, yazıçılar, şairlər, muğam ustadları olub".
Tədbirdə tanınmış sənət adamları və Şuşa uğrunda döyüşən qazilərimiz də iştirak edib.