Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Saxta sənədlərlə Azərbaycandan çıxmaq istəyən şəxslər saxlanıldı

© Depositphotos.com / _ella_Скрепленные канцелярским зажимом документы
Скрепленные канцелярским зажимом документы - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Martın 14-də "Doha-Bakı" reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşının pasport­larının saxtalaşdırılması aşkarlan­ıb.
BAKI, 15 mart — Sputnik. Bakıda aeroportunda saxta sənədlərlə ölkədən çıxmaq istəyən şəxslər saxlanılıb.
Sutnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Mart ayının 11-də "İzmir-Bakı" reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların saxtalaşdırılması müəyyən edilib.
12 mart tarixində Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü Demirkıran Çekdar "İzmir-Bakı" reysi ilə qanuni sənədlərlə Azərbaycan Respublikasına gəlib tranzitlə "Bakı-London" istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanıb.
Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətən­daşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurub, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırılması müəyyənləşdirilib.
Martın 14-də "Doha-Bakı" reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları - 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malaziya pasport­larının saxtalaşdırılması aşkarlanıb.
Martın 15-də "Bakı-İstanbul-Nyu-York" reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətən­daşı 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması müəyyən­ləşdirilib. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0