https://sputnik.az/20220315/esas-erzaq-mehsullarinin-ehtiyati-formalasdirilib---eli-esedov-440166082.html
Əsas ərzaq məhsullarının ehtiyatı formalaşdırılıb - Əli Əsədov
Əsas ərzaq məhsullarının ehtiyatı formalaşdırılıb - Əli Əsədov
Sputnik Azərbaycan
Baş nazir diqqətə çatdırıb ki, bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T17:54+0400
2022-03-15T17:54+0400
2022-03-15T18:12+0400
əli əsədov
azərbaycan xəbərləri
baş nazir
hesabat
ərzaq
https://cdnn1.img.sputnik.az/img/42214/20/422142044_0:0:3072:1728_1920x0_80_0_0_63bc1d882a295a0dfa4867bd90fb92d2.jpg
BAKI, 15 mart — Sputnik. Qonşu ölkələrin maliyyə bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib."Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir", - deyə o bildirib.Ə.Əsədov əlavə edib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb və ərzaq ehtiyatlarının artırılması istiqamətində zəruri tədbirlər görülür: "Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan vəziyyətə uğyun qabaqlayıcı tədbirlər həyata keçirilir".Qeyd edək ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur.2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur.Xatırladaq ki, fevral ayında ölkə başçısı Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Agentliyin nizamnaməsi, strukturu təsdiqlənib. Fərmana görə, Nazirlər Kabineti "Dövlət ehtiyatları haqqında" qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını təsdiqləməlidir.Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək, daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.Beləliklə, Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220315/hokumet-milli-meclisde-hesabat-verir-440160698.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42214/20/422142044_294:0:3025:2048_1920x0_80_0_0_14a98df85fecc362429eb66c1b2fb6ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli əsədov, baş nazir, hesabat, ərzaq
əli əsədov, baş nazir, hesabat, ərzaq
Əsas ərzaq məhsullarının ehtiyatı formalaşdırılıb - Əli Əsədov
17:54 15.03.2022 (Yenilənib: 18:12 15.03.2022) Baş nazir diqqətə çatdırıb ki, bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir
BAKI, 15 mart — Sputnik. Qonşu ölkələrin maliyyə bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
"Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir", - deyə o bildirib.
Ə.Əsədov əlavə edib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb və ərzaq ehtiyatlarının artırılması istiqamətində zəruri tədbirlər görülür: "Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan vəziyyətə uğyun qabaqlayıcı tədbirlər həyata keçirilir".
Qeyd edək ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur.
2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur.
Xatırladaq ki, fevral ayında ölkə başçısı Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Agentliyin nizamnaməsi, strukturu təsdiqlənib. Fərmana görə, Nazirlər Kabineti "Dövlət ehtiyatları haqqında" qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını təsdiqləməlidir.
Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək, daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Beləliklə, Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.